Ana Sayfa > Sosial / Manşet > Lənkəranda polis rəisinin şərləmə siyasəti
Lənkəranda polis rəisinin şərləmə siyasəti3-06-2015, 10:55. Yazar: admin |
Son vaxtlar Azərbaycanda harınlamış oliqarxlara, vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlara qarşı ölkə rəhbərliyi tərəfindən sərt tədbirlərin görülməsi, gec-tez öz adlarını da “qara siyahıda” görəcəklərinə şübhə etməyən bir çoxlarının kürkünə birə salıb. Əlbəttə, soğan yemisənsə, için də göynəməlidir. Bir tərəfdən də etdiyin əməllərdən bezar olumş vətəndaşlardan müxtəlif instansiyalara olunan şikayətlərin ardı-arası kəsilmirsə, bu zaman artıq “əşyalarını toplamağın” əsil vaxtı olduğuna heç bir şübhə qalmır. Bu gün cənub bölgəsindən aldığımız məlumatlara əsasən belə qənaətə gəlmək olur ki, artıq çoxdan “gözləmə rejimi”ndə işləyən və ona ayrılmış vaxtın son saatlarını “ötüşdürən” məmurlardan biri də Lənkəran Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Möhübbət Hüseynovdur. Əslində bu polis məmurunun vəzifə başında keçirdiyi “son saatları” hələ bir neçə il bundan öncə başa çatmalı idi. Etiraf edək ki, Möhübbət Hüseynovun 2010-cu ilin sonlarında öz işində yol verdiyi bir sıra nöqsanlara görə Yasamal RPİ-nin rəisi vəzifəsindən kənarlaşdırılması faktını bir çoxları onun karyerasının sonu kimi qəbul etmişdilər. Hər necə olsa, metronun “İnşaatçılar” stansiyasının ərazisində yerləşən və polkovnikə məxsus olan kommersiya obyektinin inşasına etiraz əlaməti olaraq yerli sakinlər tərəfindən keçirilmiş aksiya zamanı bir qadının dünyasını dəyiməsi faktı elə-belə ötüşməməli idi. Amma ötüşdü. Həmin vaxt müəyyən əllər Möhübbət Hüseynovun saatını yenidən qurdu. Bundan sonra bir müddət DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsində işləyən M.Hüseynov, 2013-cü ildə Lənkəran ŞPŞ-yə rəis təyin edildi. Bu təyinatdan az bir müddət sonra isə cənub bölgəsindən daxil olan məlumatlar yenidən Lənkəran RPŞ-nin rəisi Möhübbət Hüseynovu, onun qeyri-qənaətbəxş fəaliyyətinə dair ittihamlarla mətbuatın gündəminə gətirdi. Bu xüsusda yayımlanan məlumatlarda qeyd edilirdi ki, polis rəisi hüquqlarını tələb edən şikayətçiləri susdurmaq üçün onlara qarşı təhdid vasitələrindən istifadə edir. Eyni zamanda da Möhübbət Hüseynovun ona “baş əyməyən” vətəndaşlara qarşı şərləmə siyasətindən gen-bol yararlanmasına dair açıqlamalara daxil olan məlumatlarda tez-tez rast gəlmək mümkündür. Məsələn məlumatlardan birində qeyd edilir ki, bu yaxınlarda Lənkəranda şərlənərək, həbs olunan daha bir nəfərin rayonda hörmətli həkimlərdən biri olub. Mənbənin vurğuladığına görə, həmin hörmətli həkim polis rəisinin sözünə qulaq asmadığı üçün cəzalandırılıb. Belə ki, Hüseynovun göstərişi ilə ona qarşı cinayət işi açılıb və iki nəfəri döyməkdə ittiham edilib. İş məhkəməyə göndərildikdən sonra həkimə 7 il iş verilib. Mənbənin iddiasına görə, həkimin həbsinində adı hallanan şəxslərin hər ikisi narkotik vasitələrin qəbulundan əziyyət çəkən şəxslərdir. Onların polislə bağlantısı olduğu və M.Hüseynovun bu tip işlərdə karına gəldikləri də açıqlamada xüsusi vurğulanır. Polis rəisinin hüquqlarını tələb edən şikayətçiləri susdurmaq üçün onlara qarşı təhdid vasitələrindən istifadə etməsinə gəlincə isə, bu təcrübə Möhübbət Hüseynovun əlaltıları tərəfindən bu gün Bakıda da geniş təcrübə olunmaqdadır. Artıq ötən materiallardan birində qeyd etdiyimiz kimi, belə təhdidlərə məruz qoyulan vətəndaşlardan biri də Atabəy Cahangirovdur. Aldığımız məlumata əsasən Möhübbət Hüseynov həmin şəxsə məxsus 65 kv.m-lik sahədə yerləşən özəl ticarət obyektini ondan alarkən, bunun müqabilində 150 min manat ödəyəcəyini boyun olub. Lakin aradan uzun müddət keçsə də polis rəisi həmin pulu obyekt sahibinə verməyib. Atabəy Cahangirov tərəfindən pul tələbi irəli sürüldükdə isə, o, ciddi təhdidlərə məruz qalır. Bu təhdidlər isə vətəndaşa qarşı hazırda M.Hüseynovun “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı obyektlərinə nəzarət edən Elman və Mübariz adlı şəxslər tərəfindən səsləndirilir. Aldığımız son məlumatlara görə bu gün Mübariz vaxtının çox hissəsini “Yaşıl məkan” adlanan bir kafedə keçirir. Möhübbət Hüseynovun obyektlərinin idarə olunması, icarə haqlarının toplanması və bölüşdürülməsi də məhz bu kafedə həyata keçirilir. Qeyd edək ki, aldığımız məlumatda “Yeni Yasamal” yaşayış massivində Atabəy Cahangirovun vəziyyətində olan daha bir neçə sakinin olduğu bildirilir... Vertikal.az Geri dön |