Ana Sayfa > Sosial / Manşet > Ramiz Yediyarov Gədəbəydə ənənəvi üsullarla diqətə gəlir
Ramiz Yediyarov Gədəbəydə ənənəvi üsullarla diqətə gəlir26-05-2015, 09:36. Yazar: admin |
Məlum olduğu kimi son vaxtlar ölkə mətbuatında dərc olunan materiallarda üç rayonun – Şəmkir, Gədəbəy və Bakının Binəqədi rayonlarının icra başçıları yerli sahibkarlara divan tutmaqda, əhalidən müxtəlif bəhanələrlə həyata keçirilən pul yığımlarında, büdcəni talamaqda, həmçinin büdcə təşkilatlarından aylıq haqq yığmaqda ittiham olunmaqdadırlar. Mənbələrin bildirdiyinə görə məhz bu rayon başçıları qeyd olunan özbaşınalıqların miqyasına görə digər həmkarlarından əsaslı şəkildə fərqlənirlər. Bununla belə Gədəbəydən aldığımız məlumatlara görə məhz bu rayona rəhbərlik edən Ramiz Yediyarov yol verdiyi qanun pozuntularına görə hətta bu üçlüyün daxilində belə mütləq liderliyi qoruyub saxlamaqdadır. Artıq uzun müddətdir bu rayondan aldığımız məlumatlarda Ramiz Yediyarovun yarıtmaz fəaliyyəti nəticəsində Gədəbəyin bir çox sahələrində davamlı olaraq sürətli tənəzzülün müşahidə olunduğu bildirilir.Bu həyəcan dolu məlumatların əksəriyyəti isə Gədəbəy rayonunun təhsil sisteminin acınacaqlı olmağı barədədir. Mənbələr vurğulayırlar ki, tarix boyu Azərbaycan elminə misilsiz töhfələr vermiş, alimləri ilə təkcə keçmiş SSRİ məkanında deyil, bütün dünyada öz mövqeyini tutmuş Gədəbəy rayonunda təhsilin səviyyəsi bu gün məhz Ramiz Yediyarovun “səyləri” nəticəsində əksər bölgələrdən çox aşağı səviyyədə yer alır. İnanmaq olmur ki, hər zaman elmin beşiyi sayılan Gədəbəydə indi yüksək balla ali məktəblərə qəbul olunan tələbələrin sayı çox az olsun. Yerli mənbələr isə öz açıqlamalarında vurğulayırlar ki, Gədəbəydə təhsilin belə aşağı səviyyəyə enməyinin yeganə bir səbəbi var. O da hər bir işi qanun çərçivəsində deyil, öz maddı maraqları baxımından və şəxsi qaydaları ilə idarə edən icra başçısının təhsili də iflic vəziyyətə gətirməsidir. Bu gün Gədəbəy rayonunun demək olar ki, bütün məktəblərində dözülməz vəziyyət davam edir. Ramiz Yediyarovun icra başçısı təyin edildiyi müddət ərzindı Gədəbəy məktəblərində rüşvətxorluq və korrupsiya son həddə çatıb. Bütün məktəb direktorları təhsil haqqında ölkə qanunlarına uyğun deyil, yalnız Ramiz Yediyarovun qaydalarına uyğun məktəbi idarə edirlər. Bu qaydalar isə yalnız bir məqsədə, müxtəlif bəhanələrlə pul yığımlarının həyata keçirilməsinə və təhsilin inkişafına ayrılan dövlət vəsaitlərinin mənimsənilməsinə xidmət edir. Sakinlər tərəfindən təqdim olunan açıqlamalarda bu da bildirilir ki, hazırda Gədəbəy rayonunun kənd orta məktəblərində dərs davamiyyəti həddindən artıq aşağı səviyyədədir. Həmçinin məktəbəqədər təhsil müəssisələrində uşaqların gündəlik sayı ilə jurnalda adları qeyd olunanlar arasında böyük fərq var. Məsələ ilə bağlı məlumat verən mənbənin sözlərinə görə, bütün bunlara baxmayaraq, Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevə “gözün üstə qaşın var” deyən yoxdur. Çünki onu himayə edən şəxs birbaşa Ramiz Yediyarovdur. Buna görə də heç kim Baxış Nağıyevin işinə müdaxilə etmir, onun yol verdiyi bir sıra ciddi nöqsanlara göz yumurlar. Bununla yanaşı, mənbə iddia edir ki, Baxış Nağıyevi nə təhsilin, nə də təhsil alan şagirdlər üçün nəzərdə tutulan məktəb binalarının durumu maraqlandırır. Elə buna görə də bu gün rayonun kənd məktəbləri uçma təhlükəsilə üz-üzə qalıb. Baxış Nağıyev isə başçının göstərişi ilə məktəblərin təmirinə ayrılan vəsaitin təyinatdankənar xərclənməsinə şərait yaradır. Yeni aldığımız məlumatda isə Ramiz Yediyarovun tapşırığına əsasən artıq Gədəbəy məktəblərində növbəti pul yığımlarına start verildiyi bildirilir. Həm də qeyd olunur ki, bu dəfəki yığım indiyədək ortaya atılan səbəblərdən daha rüsvayçı, dövlətimizi və millətimizi xar edən bir bəhanə ilə həyata keçirilir. Məlumata görə, Ramiz Yediyarov guya ki, yuxarı dairələrdən I Avropa Oyunlarının keçirilməsinə dəstək verilməsi məqsədilə ondan böyük məbləğdə pul tələb olunduğunu rayonda bəyan etmişdir. Buna görə də həmin məbləğin toplanması üçün hazırda Gədəbəyin bütün müəssisə və təşkilatlarında, o cümlədən məktəblərdə pul yığımları həyata keçirilir. Görün bu məmurun harınlığı və özbaşınalığı hansı həddə çatıb ki, o, hətta dövlətimiz tərəfindən həyata keçirilən beynəlxalq əhəmiyyətli mötəbər bir tədbiri belə öz iyrənc məqsədlərinə alət etməkdən çəkinmir. Mənbə bildirir ki, bu əsasla hazırda məktəb müəllimlərinin hər birindən 80-100 manat məbləğində pul tutulur. Təbii ki, Gədəbəydə hər kəs bu pulların Ramiz Yediyarovun şəxsi büdcəsinə yatırılacağına şübhə etmir. Necə ki, ölkə rəhbərliyi tərəfindən ən yaxın zamanlarda Gədəbəydə Ramiz Yediyarovun özbaşınalıqlarına son qoyulacağına da artıq heç kəsin şübhəsi yoxdur. Geri dön |