Ana Sayfa > Sosial > İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb
İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb26-07-2024, 10:09. Yazar: admin |
Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan APA-ya verilən xəbərə görə, bundan əvvəl – iyulun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 17-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb. Geri dön |