Ana Sayfa > Sosial > DTX əməkdaşları Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər

DTX əməkdaşları Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər


12-12-2023, 12:14. Yazar: admin


Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir dövlətçiliyimizin xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şəxsi heyət dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülüb.




Geri dön