Ana Sayfa > Sosial > TƏBİB sədri: Xarici ölkələrdə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu daha bir il uzadılıb

TƏBİB sədri: Xarici ölkələrdə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu daha bir il uzadılıb


20-06-2023, 10:11. Yazar: admin


Ötən gündən etibarən xarici ölkələrdə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu daha bir il uzadılıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib.

O bildirib ki, xarici ölkədə təhsil alan həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu 2024-cü ilədək davam edəcək: “Bu qərar əhalinin icbari tibbi sığorta çərçivəsində xidmətlərə çıxış imkanını genişləndirməyə, TƏBİB daxilindəki kadr çatışmazlığının aradan qaldırılmasına, xarici üsulların səhiyyəmizdə tətbiq edilməsinə imkan yaradır”.
Geri dön