Ana Sayfa > Sosial > 14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb

14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb


14-06-2023, 09:33. Yazar: admin


14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfərinə ilk olaraq Ağdamdan start verilib.

APA-nın Qarabağ bürosunun xəbər verir ki, Ağdama səfər zamanı qonaqlara minalı sahələr barədə məlumat verilib.

Nümayəndə heyətinə Most Traveled People təşkilatının rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib ABŞ vətəndaşı Charles Veley başçılıq edir.

Dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyəti Qarabağdan sonra Şərqi Zəngəzura səfəri planlaşdırılır.

Qarabağ və Şərqi Zəngəzura təşkil olunan səfər 4 gün davam edəcək. Qonaqlar avtomobil yolu ilə Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa xətti üzrə hərəkət edəcəklər.


Geri dön