Ana Sayfa > Sosial > Laçın-Xankəndi yolundakı aksiya 137 gündür davam edir - FOTO

Laçın-Xankəndi yolundakı aksiya 137 gündür davam edir - FOTO


27-04-2023, 09:51. Yazar: admin


Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, Şuşa rayon ərazisində hava şəraitinin qeyri sabit keçməsinə baxmayaraq ictimai fəallar, aksiyanı gecə boyu da davam etdirib. Aksiya iştirakçıları 137-ci günə də Azərbaycan dövlət himnini səsləndirməklə başlayıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 137 gündür davam edir.


Geri dön