Ana Sayfa > Sosial / Manşet > Laçın-Xankəndi yolundakı aksiya 116 gündür davam edir

Laçın-Xankəndi yolundakı aksiya 116 gündür davam edir


6-04-2023, 10:49. Yazar: admin


Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu da davam etdirib.

Etirazçılar tələblərinə müsbət cavab alınan günədək etirazlarını davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 116 gündür davam edir.



Geri dön