Ana Sayfa > Sosial > Prezidentin göstərişi ilə Türkiyəyə stasionar generatorlar göndərilib - FOTO

Prezidentin göstərişi ilə Türkiyəyə stasionar generatorlar göndərilib - FOTO


12-02-2023, 11:09. Yazar: admin


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək tədbirlərinin icrası davam etdirilir.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Mühəndis Qoşunlarının təminatından qardaş ölkəyə yüksək gərginlikli generatorlar göndərilib.
Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.





Geri dön