Ana Sayfa > Sosial > Azərbaycanda daha 39 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
Azərbaycanda daha 39 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib1-02-2023, 17:00. Yazar: admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 39 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 827 983 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 698 nəfər müalicə olunaraq sağalıb, 10 087 nəfər vəfat edib, aktiv xəstə sayı 198 nəfərdir. Ölkədə son sutka ərzində 1 849, hazırkı dövrədək isə 7 489 399 test aparılıb. Geri dön |