Ana Sayfa > Sosial > Uşaqlarda ən çox aşkarlanan xəstəliklər açıqlanıb

Uşaqlarda ən çox aşkarlanan xəstəliklər açıqlanıb


28-01-2023, 11:00. Yazar: admin


2022-ci ildə uşaqlarda ən çox aşkarlanan xəstəliklər məlum olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ötən il uşaqlarda aşkar olunan xəstəliklər arasında göz xəstəlikləri - 25% (əsasən yaxındangörmə), həzm sistemi - 20% (əsasən stomotoloji), tənəffüs sistemi - 13.5% (əsasən LOR), sümük-əzələ sistemi - 12.3% (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.
Geri dön