Ana Sayfa > Sosial > Hesablama Palatasının sədri pensiya sistemi üzrə əsas çağırışları açıqlayıb

Hesablama Palatasının sədri pensiya sistemi üzrə əsas çağırışları açıqlayıb


18-11-2022, 09:45. Yazar: admin


“Pensiya sistemini xarakterizə edən göstəricilər əsasən qənaətbəxş səviyyədə olsa da, gələcək dövr üçün artıq bir sıra çağırışlar üzrə əsaslar formalaşmaqdadır”.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun büdcədənkənar dövlət fondlarının 2023-cü il üçün büdcələri ilə bağlı Milli Məclisin plenar iclasında çıxışında bildirib.

Ceyran, bezoar keçisi, nəcib maral və balıqların tarixi areallarına qaytarılması işi görülür
İsrail Ukraynaya silah göndərməyəcək
Dövlət Xidməti: Prezident azad edilmiş ərazilərdə daimi iş yerlərin yaradılması tapşırığı verib
Ətraflı

Vüqar Gülməmmədov deyib ki, onlar arasında ən əsası məşğul əhali və pensiyaçıların sayı arasında olan nisbət göstəricidir: “İqtisadiyyatda məşğulluğun artırılması ilə bağlı tədbirlərin gücləndirilməsi, rəsmi məşğulluğun artırılması və ödəmələr üzərində inzibati alətlərin gücləndirilməsi hələ ki, kəskin həddə çatmayan göstəricinin davranışında müsbət meyli formalaşdırmış olar”.

Geri dön