Ana Sayfa > Sosial > Zəfər Günü Bakıda Dənizkənarı Milli Parkda bayram konserti və atəşfəşanlıq olacaq

Zəfər Günü Bakıda Dənizkənarı Milli Parkda bayram konserti və atəşfəşanlıq olacaq


6-11-2022, 15:10. Yazar: admin


Bakı şəhərində Dənizkənarı Milli Parkda Zəfər Günü ilə bağlı noyabrın 8-də təşkil ediləcək bayram konsertinə hazırlıq işləri aparılır.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, Milli Parkda yerləşən “Saat qülləsi” yaxınlığında konsertlə əlaqədar səhnə quraşdırılır.

Konsert proqramının noyabrın 8-də saat 19.00-da başlanacağı, saat 21.00-da isə atəşfəşanlığın olacağı bildirilib.
Geri dön