Ana Sayfa > Sosial > Postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 3850 mənzil verilib

Postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 3850 mənzil verilib


30-09-2022, 09:28. Yazar: admin


Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə əlillərinin sosial təminatı tədbirləri geniş miqyas alıb.

Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən APA-ya verilən xəbərə görə, postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Belə ki, 3850 mənzil şəhid ailələri və müharibə əlillərinə, 264 avtomobil müharibə əlillərinə təqdim edilib.

Ümumilikdə ötən dövrdə 12 850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə, 7 500 müharibə əlili avtomobillə təmin edilib.



Geri dön