Ana Sayfa > Sosial > Emin Əmrullayev: Bu il 10 mindən artıq vətəndaşın tələbə kreditindən yararlanacağını proqnozlaşdırırıq

Emin Əmrullayev: Bu il 10 mindən artıq vətəndaşın tələbə kreditindən yararlanacağını proqnozlaşdırırıq


7-09-2022, 12:24. Yazar: admin


Son 2 il ərzində təhsil və elm sahəsində dövlət başçısı tərəfindən imzalanmış fərmanların sayını açıqlasam, 10 minlərlə insanın həyatının yaxşılığa doğru necə dəyişdiyinin şahidi olarsınız.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışında deyib.

O bildirib ki, bunlardan biri təhsil kreditlərinin verilməsinə başlanılmasıdır.

"Təhsil tələbə kreditlərinin verilməsi uzun illərdir müzakirə olunan məsələ idi və gələcəkdə bu sahədə yeniliklər daha da artacaq. Bu il 10 mindən artıq vətəndaşımızın tələbə kreditindən yararlanacağını proqnozlaşdırırıq. Başqa bir istiqamət Təhsilin İnkişafı Fondunun yaradılması idi. Bu, maliyyə sahəsində çevikliyin təmin olunmasına imkan yaradıb. Biz bu fond vasitəsilə bu ildən müxtəlif böyük layilərin icrasına başlayacağıq".


Geri dön