Ana Sayfa > Sosial > Böyük və Kiçik Qafqaz ərazisindəki çaylarda sel, daşqın hadisəsi istisna edilmir
Böyük və Kiçik Qafqaz ərazisindəki çaylarda sel, daşqın hadisəsi istisna edilmir4-07-2022, 11:38. Yazar: admin |
"Böyük və Kiçik Qafqaz ərazisindəki çaylarda sel, daşqın hadisəsi istisna edilmir". Bunu APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib. O bildirib ki, ümumiyyətlə, bölgənin ərazisindən axan çaylar sel təhlükəsi olan çaylardır: "Adətən bu çayların yuxarı hissəsinə qısamüddətli yağışlar yağır ki, bu da sel hadisəsinə səbəb olur. 4 iyul gecə saatlarından başlayaraq yağan yağışlar Zaqatala rayonu ərazisindən axan Qaraçayda (ona Böyükçay da deyirlər) sel hadisəsinə səbəb olub. Hazırda bölgədə yağıntı və sel davam edir”. Mərkəzin direktoru əlavə edib ki, Böyük Qafqazın digər çaylarında da qısamüddətli bu cür sel hadisəsi baş verə bilər: "Yəni, Balakən, Şəki, Oğuz, Qəbələ, eyni zamanda Kiçik Qafqazın bəzi bölgələrində - Daşkəsən, Gədəbəy, Tovuz ərazilərindən axan çaylarda da sel istisna edilmir". Geri dön |