Ana Sayfa > Sosial > Azərbaycanda daha 19 nəfər COVID-19-a yoluxub, ölən olmayıb
Azərbaycanda daha 19 nəfər COVID-19-a yoluxub, ölən olmayıb14-06-2022, 16:45. Yazar: admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 103 nəfər müalicə olunaraq sağalıb, 9715 nəfər vəfat edib, aktiv xəstə sayı 85 nəfərdir. Ölkədə son sutka ərzində 2217, hazırkı dövrədək isə 6 926 715 test aparılıb. Geri dön |