Ana Sayfa > Sosial > Azərbaycanda son sutkada 2 nəfər COVID-19-a yoluxub
Azərbaycanda son sutkada 2 nəfər COVID-19-a yoluxub23-05-2022, 16:45. Yazar: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, müalicə olunamlar arasında sağalan olmayıb. Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 714 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir. Ölkədə son sutka ərzində 1 842, hazırkı dövrədək isə 6 874 348 test aparılıb. Geri dön |