Ana Sayfa > Sosial > Azərbaycanda son sutkada COVID-ə yoluxma və ölüm qeydə alınmayıb

Azərbaycanda son sutkada COVID-ə yoluxma və ölüm qeydə alınmayıb


16-05-2022, 17:36. Yazar: admin


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında da ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 917 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.

Ölkədə son sutka ərzində 1 966, hazırkı dövrədək isə 6 855 188 test aparılıb.
Geri dön