Ana Sayfa > Sosial > Azərbaycanda həssas vəziyyətdə olan miqrantlara yardımlar göstəriləcək
Azərbaycanda həssas vəziyyətdə olan miqrantlara yardımlar göstəriləcək12-05-2022, 10:11. Yazar: admin |
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyi “Azərbaycanda həssas vəziyyətdə olan əcnəbi miqrantlara BMqT-nin COVID- 19 Qlobal Strateji Hazırlıq və Yardım Planı çərçivəsində dəstəyin göstərilməsi” layihəsi ilə əlaqədar ehtiyacı olan miqrantlara müvəqqəti mənzil təminatı, ərzaq, qeyri-qida məhsulları, geyim, eləcə də tibbi və sənədləşmə istiqamətləri üzrə yardımların göstərilməsini planlaşdırır. Bu barədə APA-ya Dövlət Miqrasiya Xidmətindən xəbər verilib. Bildirib ki, yardımlar aşağıdakı şəxslər üçün nəzərdə tutulub: Qeyri-qanuni vəziyyətdə olan miqrantlar (vizasının vaxtı bitən, şəxsi sənədlərinin vaxtı bitən); Ağır iqtisadi vəziyyətdə yaşayanlar; Qida/qeyri-qida məhsullarına, sığınacağa ehtiyacı olanlar; İşsiz aşağı ixtisaslı əməkçi miqrantlar; Aztəminatlı miqrantlar (ölkədə müəyyən edilmiş yaşayış minimumuna istinadla); Çətin vəziyyətdə olan əcnəbi tələbələr; Sığınacaq müraciətinə imtina almış şəxslər; Qeyd olunan miqrant kateqoriyalarına və həssaslıq meyarlarına uyğun gələn şəxslər yardımdan faydalanmaq üçün aşağıdakı əlaqə vasitələrini istifadə etməklə müsahibə üçün müraciət edə bilərlər: Elektron qeydiyyat forması Qeydiyyat formasının BMqT-nin aşağıda ünvanları göstərilən ofislərində də doldurulması mümkündür/ Qeyd olunub ki, sözügedən yardımlar Azərbaycan vətəndaşlarına, Azərbaycanda daimi yaşama icazəsi və qaçqın statusu olan şəxslərə şamil edilmir. Yardımdan yararlana biləcək şəxslərə dair yekun qərar BMqT-nin Azərbaycan nümayəndəliyində keçiriləcək müsahibə əsasında veriləcək. Geri dön |