Ana Sayfa > Sosial > TƏBİB peyvənd göstəricilərinin sıfır olmasının səbəbini açıqlayıb

TƏBİB peyvənd göstəricilərinin sıfır olmasının səbəbini açıqlayıb


11-05-2022, 15:45. Yazar: admin


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər peyvənd göstəricilərinin sıfır olmasına münasibət bildirib.

Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əsas hədəfi epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılması olan vaksinasiya strategiyasının həyata keçirilməsi hazırda ölkə ərazisində uğurla davam etdirilir:
“Məlumat üçün qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq tibb işçiləri və risk qurupunda olan insanlar da daxil olmaqla əhalinin böyük əksəriyyəti ən az iki doza vaksin olunub.

Son iki il ərzində virusla mübarizə tədbirləri ilə bağlı tibb işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Yoluxmanın tepminin kəskin azaldılması, eyni zamanda virusa qarşı kütləvi immunitetin formalaşdığı əsas götürülərək may ayı ərzində qeyri-iş günlərində peyvəndlənmə prosesində iştirak edən tibb işçilərinə də istirahət verilməsi qərara alınıb. Statistikanın az olması qeyri-iş günlərində peyvənd prosesinin həyata keçirilməməsi ilə bağlıdır. Hazırda peyvəndlənmə ilə bağlı heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar randevu.its.gov.az saytından qeytiyyatdan keçməklə ən yaxın tibb müəssisəsində peyvənd oluna bilərlər”.
Geri dön