Ana Sayfa > Sosial > Fiziki məhdudiyyətli gəncə 50 min pul bağışladılar: “Hələ də bilmirəm bunu kim edib” - VİDEO
Fiziki məhdudiyyətli gəncə 50 min pul bağışladılar: “Hələ də bilmirəm bunu kim edib” - VİDEO5-04-2022, 21:49. Yazar: admin |
35 yaşlı Xəqani Əliyev anasının bətnində zədə aldığı üçün fiziki məhdudiyyətlə doğulub, o, hazırda ticarət mərkəzlərindən birində təmizlik xidmətinin əməkdaşı kimi çalışır. Onunla bağlı Baku TV sujet hazırlayıb. İşləməyə 16 yaşında başlayan Xəqani ilk qazancını maşın yumaqla əldə edib. Günel adlı xanımla ailə həyatı quran Xəqani bunun ətrafdakı insanlar tərəfindən birmənalı qarşılanmadığını, lakin mənfi reaksiyaların onu ruhdan salmadığını deyib. Pandemiya dövründə yaşadığı çətinliklərdən də danışan Xəqani qeyd edib ki, hazırda yaşadıqları evi almaq üçün ona tanımadığı şəxs tərəfindən 50 min manatlıq yardım edilib. Daha ətraflı sujetdə: Geri dön |