Ana Sayfa > Sosial > Parlament bələdiyyələrin fəaliyyətinə dair illik məruzəni qəbul edib - YENİLƏNİB

Parlament bələdiyyələrin fəaliyyətinə dair illik məruzəni qəbul edib - YENİLƏNİB


5-04-2022, 13:22. Yazar: admin


Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” qəbul edilib.

APA xəbər verir ki, müzakirələrdən sonra məruzə səsə qoyularaq qəbul edilib.

Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” müzakirəyə çıxarılıb.

APA xəbər verir ki, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir.

Məruzədə qeyd edilib ki, keçən il bələdiyyələrin 90 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 5 inzibati xəta protokoluna xitam verilib, 10 protokol isə baxılmaqdadır.

Məruzədə bildirilib ki, 2021-ci ildə 80 min bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib. 3.000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 9.100 hektar torpaq sahəsi geri qaytarılıb.

Pozuntulara yol verən bələdiyyələrin vəzifələri şəxsləri barəsində məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollarla 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, cinayət xarakterli 27 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.
Geri dön