Ana Sayfa > Sosial > Nazir müavini: "Vərəmdən ölüm səviyyəsi xeyli azalıb"

Nazir müavini: "Vərəmdən ölüm səviyyəsi xeyli azalıb"


4-04-2022, 10:49. Yazar: admin


"15-20 illə öncə ilə müqayisədə vərəmin ölkədə rastgəlmə tezliyi və ölüm səviyyəsi xeyli azalıb".

APA xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq Konfransda deyib.

O bildirib ki, bu, son illər ölkədə vərəmlə mübarizə istiqamətində görülən işlərin nəticəsidir:

"Bu illər ərzində maddi-texniki bazanın gücləndirilməsi, yeni müəssisələrin tikilməsi, mövcud müəssisələrəin təmiri kimi vacib işlər görülüb. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir. Bununla təkbaşına mübarizə heç bir effekt verməyəcək. Vərəmlə beynəlxalq səviyyədə mübarizə aparılmalı, həmçinin ölkələrin səhiyyə qurumları əl-ələ verməlidir" - deyə o qeyd edib.
Geri dön