Ana Sayfa > Sosial > Azərbaycanda daha 56 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda daha 56 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib


31-03-2022, 16:55. Yazar: admin


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 932 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 889 nəfər müalicə olunaraq sağalıb, 9 692 nəfər vəfat edib, aktiv xəstə sayı 351 nəfərdir.

Ölkədə son sutka ərzində 4 489, hazırkı dövrədək isə 6 701 673 test aparılıb.
Geri dön