Ana Sayfa > Sosial > Azərbaycanda daha 50 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda daha 50 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib


25-03-2022, 19:18. Yazar: admin


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 654 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 528 nəfər müalicə olunaraq sağalıb, 9 675 nəfər vəfat edib, aktiv xəstə sayı 451 nəfərdir.
Ölkədə son sutka ərzində 2 499, hazırkı dövrədək isə 6 679 287 test aparılıb.
Geri dön