Ana Sayfa > Sosial > 17 il xəbəri olmadan təqaüd alan qadınla bağlı məsələyə aydınlıq gətirilib

17 il xəbəri olmadan təqaüd alan qadınla bağlı məsələyə aydınlıq gətirilib


4-02-2022, 13:10. Yazar: admin

17 il xəbəri olmadan təqaüd alan qadınla bağlı məsələyə aydınlıq gətirilib
DOST Agentliyi 17 il özünün xəbəri olmadan təqaüd alan qadınla bağlı məsələyə münasibət bildirib.

Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Vətəndaş Əliyeva Firuzə Aydın qızı bu il fevralın 2-də 3 saylı Bakı DOST Mərkəzinə müraciət edib
“Onun müraciəti qəbul olunub və əmək pensiyası təyinatı üçün müvafiq olaraq yönləndirilib. Əmək pensiyası hüququna baxılması üçün vətəndaşın sənədləri qəbul edilib. Qanunvericiliklə müəyyən edilmiş müddət çərçivəsində vətəndaşa pensiya təyin edilərək ona bu barədə məlumat veriləcək. Əlilliklə bağlı onu deməliyik ki, bu məsələ araşdırma tələb edir. Bu məsələ araşdırma üçün müvafiq olaraq yönləndirilib. Araşdırmanın nəticəsi barədə ətraflı məlumat veriləcək" – xəbərdə qeyd olunub.
Geri dön