Ana Sayfa > Sosial > Azərbaycanda xarici diplomların tanınmasının yeni qaydası hazırlanır

Azərbaycanda xarici diplomların tanınmasının yeni qaydası hazırlanır


28-01-2022, 11:51. Yazar: admin
Azərbaycanda xarici diplomların tanınmasının yeni qaydası hazırlanır

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova xarici diplomların tanınması qaydasının dəyişməsi məsələsinə münasibət bildirib.

İdarə Heyətinin sədri APA-ya açıqlamasında deyib ki, hazırda yeni qaydalar üzərində iş gedir: "Bu qaydalar bizimlə yanaşı, müxtəlif səlahiyyətli qurumlar tərəfindən təsdiq olunmalıdır. Ancaq qaydalar üzərində aktiv iş gedir".

Ü. Səttarova eyni zamanda qeyd edib ki, xarici diplomların tanınması rüsumlarının dəyişməsi ilə bağlı hər hansı dəyişiklik gözlənilmir.
Geri dön