Ana Sayfa > Sosial > Bakıda koronavirusa ən yüksək yoluxma Binəqədidədir

Bakıda koronavirusa ən yüksək yoluxma Binəqədidədir


28-01-2022, 11:50. Yazar: admin
Bakıda koronavirusa ən yüksək yoluxma Binəqədidədir

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

APA "koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.5 faiz, Xətaidə 13.5 faiz, Yasamalda 11.8 faiz, Sabunçuda 11.6 faiz, Suraxanıda 8.4 faiz, Nərimanovda 7.9 faiz, Nəsimidə 7.7 faiz, Xəzərdə 7.7 faiz, Nizamidə 7.1 faiz, Səbaildə 5.0 faiz, Qaradağda 4.4 faiz, Pirallahıda isə 0.5 faiz təşkil edib.
Geri dön