Ana Sayfa > Sosial > AMEA prezidentinin, vitse-prezidentinin və işçilərin maaşları artırılıb
AMEA prezidentinin, vitse-prezidentinin və işçilərin maaşları artırılıb19-01-2022, 23:18. Yazar: admin |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında əksini tapıb. Belə ki, AMEA prezidentinin aylıq vəzifə maaşı 2570 manatdan 3084 manata, AMEA-nın 1-ci vitse-prezidentinin 1780 manatdan 2136 manata, AMEA-nın vitse-prezidenti, akademik katibinin 1645 manatdan 1974 manata, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmə- lərin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik – katibinin aylıq vəzifə maaşı 1230 manatdan 1476 manata, İdarə rəisinin maaşı isə 1190 manatdan 1428 manata qaldırılıb. Bundan başqa AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavininin aylıq vəzifə maaşı 1150 manatdan 1380 manata, İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisinin aylıq maaşı 980 manatdan 1176 manata, Qeyri-əsas şöbənin rəisi, sektor müdirinin 715 manatdan 858 manata, Qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisinin maaşı 675 manatdan 810 manata, Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdirinin 630 manatdan 756 manata, Aparıcı mütəxəssisin 570 manatdan 684 manata, Mütəxəssisin aylıq vəzifə maaşı isə 520 manatdan 624 manata qaldırılıb. Geri dön |