Ana Sayfa > Sosial > Qadağan edilmiş yerlərdə tütün çəkən 3400-dən çox şəxs cərimələnib

Qadağan edilmiş yerlərdə tütün çəkən 3400-dən çox şəxs cərimələnib


11-01-2022, 16:08. Yazar: admin
Qadağan edilmiş yerlərdə tütün çəkən 3400-dən çox şəxs cərimələnib

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılır, müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin “102 - Xidməti-Zəng Mərkəzi Sistemi”nə və www.mia.gov.az elektron saytına müraciət etmək hüququnun olması barədə vətəndaşlara, fiziki və hüquqi şəxslərə, fərdi sahibkarlara məlumat verilir.

Ümumilikdə, 2021-ci il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3422, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 270 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.

Tətbiq edilmiş cərimələr 133.140 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
Geri dön