Ana Sayfa > Sosial > Yaxın gələcəkdə “TURKOVAC” vaksinləri Azərbaycana çatdırılacaq

Yaxın gələcəkdə “TURKOVAC” vaksinləri Azərbaycana çatdırılacaq


29-12-2021, 14:19. Yazar: admin
Yaxın gələcəkdə “TURKOVAC” vaksinləri Azərbaycana çatdırılacaq

“Bir neçə ay əvvəl "TURKOVAC” vaksininin kliniki tədqiqatları zamanı Azərbaycan, Pakistan və Qırğızıstan kimi ölkələrlə birgə elmi araşdırmalar üçün fəaliyyət həyata keçirirdik".

APA-nın məlumatına görə, bunu Türkiyə Sağlamlıq İnstitutlarının (TÜSEB) rəhbəri, professor Erhan Akdoğan “Anadolu” Agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, ötən həftələrdə Azərbaycanda bununla bağlı hazırlıqlar tamamlanıb: “Ortaq elmi araşdırmalar platforması çərçivəsində “TURKOVAC” vaksinlərini yaxın gələcəkdə Azərbaycana çatdırmağı planlaşdırırıq. Bu, geniş yayılmış peyvəndləmə çərçivəsində deyil, orada davam edən elmi işlərə töhfə vermək üçündür”.
Geri dön