Ana Sayfa > Sosial > Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib

Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib


25-10-2021, 22:02. Yazar: admin
Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib

Bakı şəhəri 311 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 10 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq üçün II mərtəbənin pəncərəsindən aşağı tullanıb.

Bu barədə məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib

Hadisə nəticəsində şagirdin qaşı partlayıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardım çağırılıb, şagirdin valideyninə məlumat verilib.

3 saylı Şəhər Kliniki Xəstəxanasında şagirdin qaşına tikiş qoyulub.
Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.
Geri dön