Ana Sayfa > Sosial > Ünvanlı sosial yardımın verilməsi ilə bağlı bütün şərtlər və detallar: Nazirliyin departament müdiri "Canlı Yayın"da
Ünvanlı sosial yardımın verilməsi ilə bağlı bütün şərtlər və detallar: Nazirliyin departament müdiri "Canlı Yayın"da30-06-2021, 14:58. Yazar: admin |
“Müzakirə Masası da hər zaman izləyiciləri ən çox maraqlandıran, narahat edən sosial-iqtisadi məsələlərə yer veririk. Bu dəfə isə haqqında daha çox danışılan ünvanlı sosial yardımın verilməsi, onun şərtləri, kimlərə şamil edilməsi, hansı hallarda dayandılması və ya məşğulluqla əvəz edilməsi haqqında danışacağıq. Cəmiyyətin tələbi daha çox ünvanlı sosial yardımın ləğv edilib, əvəzində uşaqpulunun verilməsidir. Bu iki məsələnin fərqi, ÜSY ilə bağlı yol verilən neqativ hallar, onların aradan qaldırılması, elektron sistemə keçid, bundan anlayışı olmayan sadə insanlara hüquqi - texniki yardım və sair kimi məsələlərə də toxunacağıq. Bütün bu məsələləri və izləyiciləri narahat edən digər sualları Musavat TV-nin saat 15:10-da canlı yayınında “Müzakirə Masası” proqramında aparıcı Nərgiz Liftiyeva ilə ƏƏSMN-nin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Departamentinin müdiri Rasim Səfərov şərh edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/NewMusavat/ Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Musavat.com Geri dön |