Ana Sayfa > Sosial > Dövlət Məşğulluq Agentliyində yeni kadr təyinatı olub

Dövlət Məşğulluq Agentliyində yeni kadr təyinatı olub


27-04-2021, 14:07. Yazar: admin
Dövlət Məşğulluq Agentliyində yeni kadr təyinatı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 16 saylı Ərazi Məşğulluq Mərkəzinə yeni müdir təyinatı olub.

“Report” xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Elbrus Allahverdiyev təyin olunub.

E.Allahverdiyev bundan əvvəl Nəsimi rayon Məşğulluq Mərkəzinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, 16 saylı Ərazi Məşğulluq Mərkəzinin əvvəlki müdiri Habil Alıyev olub.
Geri dön