Ana Sayfa > Sosial > Azərbaycanda 27 nəfər ölən şəxsə pensiya ödənişi edildiyi aşkarlandı
Azərbaycanda 27 nəfər ölən şəxsə pensiya ödənişi edildiyi aşkarlandı5-04-2021, 12:19. Yazar: admin |
Auditin keçirildiyi tarixdə pensiya ödənişi aparılmış pensiyaçıların adlı siyahısı ilə vəfat etmiş şəxslərin adlı siyahısının üzləşdirilməsi zamanı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun bəzi tələblərinə əməl edilməyərək vəfat etmiş 27 nəfərin pensiya hesabına vəfat etdiyi tarixdən sonrakı dövrlərdə də pensiya ödənişi davam edib. “Report” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir. Sənəddə qeyd edilib ki, ümumilikdə 282 308,34 manat artıq pensiya ödənildiyi müəyyən edilib. Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Geri dön |