Ana Sayfa > Sosial / Manşet > Binəqədi icra başçısı iki gözünü itirən qazimizə qarşı SAYĞISIZLIQ
Binəqədi icra başçısı iki gözünü itirən qazimizə qarşı SAYĞISIZLIQ6-01-2021, 13:17. Yazar: admin |
Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev Vətən Müharibəsində hər iki gözünü itirən qazini 4 saat gözlətdikdən sonra qəbul etməyib. Mubahise.az xəbər verir ki, bu barədə hüquqşünas Fərhad Mehdiyev məlumat paylaşıb. O bildirib ki, əslən Beyləqandan olan, Xırdalanda kirayədə qalan və Füzuli döyüşlərində hər iki gözünü itirmiş Allahverdiyev Vasif Bayram oğlunun ailəsinə baş çəkib: “Qazi Vasif Allahverdiyev dedi ki, əvvəl Binəqədi rayonunda kirayədə qalırmış, mənzil problemini həll etmək məqsədi ilə xəstəxanadan buraxıldıqdan sonra Binəqədi rayon icra hakimiyyətinə gediblər. İcra başçısı ilə görüşmək istəyiblər. 3-4 saat gözləyiblər. Başçı deyiblər yoxdur, bəlkə səni müavin qəbul edər. Müavini də gözləyib - gözləyib, müavin başqa adamları qəbul edib buna heç cür sıra çatmayıb. Vasif deyir ki, "hirsimdən oturduğum stulu vurub sındırmaq istəyirdim. Şərt deyildi ki o mənə ev versin, amma necə oldu ki qanacağı çatmadı məni bir qəbul eləsin, dərdimi dinləsin". Qeyd edək ki, gizir Vasif Allahverdiyev Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib. Geri dön |