Ana Sayfa > Sosial > Şöbə müdirinin 3 illik pensiya köçürmələri yoxa çıxıb
Şöbə müdirinin 3 illik pensiya köçürmələri yoxa çıxıb18-08-2020, 10:45. Yazar: admin |
Sumqayıtda bələdiyyənin şöbə müdirinin üç illik pensiya köçürmələri yoxa çıxıb. Vətəndaş Elton Hacıyev Qafqazinfo-ya müraciətində bildirib ki, 15 ildən artıqdır ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsində ümumi şöbənin mütəxəssisi və şöbə müdiri vəzifəsində işləyib. Qəsəbə bələdiyyəsinin baş mühasibi Novruzov Teyyub Qələmhüseyn oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun 2014-2016-cı illər üzrə əmək haqqısından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəniş tutsa da, vəsaiti Fondun hesabına köçürməyib. Teyyub Novruzov isə sayta açıqlamasında bildirib ki, burada problem DSMF-dən qaynaqlanır, o ödənişləri etsə də, sistemdə qeydə alınmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, məsələ araşdırılarkən müəyyən olunub ki, Hacı Zeynalabdin bələdiyyəsi tərəfindən təqdim olunan “Məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat”da (Forma B1) 2014, 2015, 2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilməyib. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna əsasən sığortaedənin vəzifəsi - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən orqana sığortaolunanlar haqqında bu qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etməkdir. Hacı Zeynalabdin bələdiyyəsi 2014-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim edilməsi üçün “Elektron Hökumət Portalında” (e-gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərində qeyd olunmuş “Məcburi dövlət sosial sığorta üzrə hesabatların təqdim edilməsi” bölməsinə daxil olaraq təqdim edə bilər. Qeyd olunan illər üzrə hesabat təqdim edildikdən sonra hesablanmış məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar sığortaolunanların fərdi şəxsi hesabında əks olunacaq. Geri dön |