Ana Sayfa > Sosial / Manşet > Yardımlını kim idarə edir – Malik Mirzəyev, yoxsa Sevindik Hətəmov?

Yardımlını kim idarə edir – Malik Mirzəyev, yoxsa Sevindik Hətəmov?


23-04-2015, 10:42. Yazar: admin
Yardımlını kim idarə edir – Malik Mirzəyev, yoxsa Sevindik Hətəmov?
Vəzifədə olan qohumların zülmü yardımlıları ölkə başçısına müraciət etməyə vadar edir
Müxtəlif dövlət qurumlarına və mətbu orqanlara Yardımlıdan ünvanlanan şikayət məktubları bir qayda olaraq bu sözlərlə başlayır və bu sözlərlə də bitir. Elə məmurlar var ki, onlar doğurdan öz fəaliyətləri ilə dövlətin və hökümətin yürütdüyü sosial siyasəti məhv edir və ölkədə sosial ədalətsizlik «bespredeli» yaradırlar. Ölkədə belə məmurlar yüzlərlədir və elə məmurlar da var ki, onların fəaliyyəti artıq bütün həddləri aşaraq «bıçağı sümüyə dayayıblar».
Və çox təəssüf ki, dövlət və hökümət hələ də belə məmurların həddini aşan fəaliyyətlərini nə təftiş edir, nə də hökümətə qarşı narazılığı gücləndirən və ölkədə sosial ədalətsizlik «bespredeli» yaradan bu məmurlara qarşı hər hansı ölçü götürülür. Bu da onların hansısa yüksək vəzifədə çalışan havadarlarının olması ilə bağlı ola bilər ki, bu da sonucda hökümətə qarşı neqativ fikirlərin formalaşmasına yol açır.
Elə məmurlar var ki, onlar doğurdan öz fəaliyətləri ilə dövlətin və hökümətin yürütdüyü sosial siyasəti məhv edir və ölkədə sosial ədalətsizlik «bespredeli» yaradırlar
Belə məmurlardan danışırkən ilk növbədə Ağsunun icra başçısı Ənvər Seyidəliyev və Yardımlının icra başçısının müavini Mahir Mirzəyev ağla gəlir. Çünki hər iki rayonda qohumbazlıq və klançılıq üzərində formalaşan böyük korrupsiya və total özbaşınalıq hökm sürür. Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə «qudurğan məmurlar» ifadəsini işlədərək bu tipli məmurlara dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq həmin məmurlar havadarlarına arxayın olaraq özlərinin dağıdıcı və talançı fəaliyyətlərini davam etdirirlər.
AzFakt.com olaraq bu gün Yardımlı rayonunda baş alıb gedən talançılıq, sosial ədalətsizlik, böyük korrupsiyadan və bütün bunların başında dayanan Mahir Mirzəyevdən söhbət açacağıq.
Analoqu olmayan məmur və yaxud Yardımlının baş bəlasına çevrilən «Mirzəyelər klanı»
Öncəliklə qeyd edək ki, Yarıdımlı rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkşafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Mahir Mirzəyev doğurdan anolqu olmayan məmurlardan hesab olunur. Bu şəxsin Yardımlıda yaratdığı korrupsiya və talançılıq sisteminə hətta iri çaplı Azərbaycan məmurları belə həsəd apara bilər. Yardımlıdan Bizimxeber.az-a daxil olan məlumatlarda bildirilir ki, Mahir Mirzəyev saxtakarlıqları,özbaşnalıqları,vəzifədən sui istifadə etməyi, əhaliyə zülm etməsi, dövlət vəsaitlərini talaması artıq bütün həddləri aşıb. Bir sözlə Yardımlını tam olaraq «özəlləşdirən» Mahir Mirzəyev millətin başına yaxşı olmayan nə gətirmək lazımdısa, cox mükəmməl şəkildə həyata keçirir və artıq Mahir Mirzəyevin zülmünə qarşı Yardımlıda sözün həqiqi mənasında «bıçaq sümüyə dayanıb».
Apardığımız qısa araşdırmalar nəticəsində məlum oldu ki, Mahir Mirzəyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 70 minlik əhalisi olan Yardımlı rayonunda mütəşəkkil şəbəkə yaradıb və bu şəbəkəninin əsas fiqurantları məhz onun qohumlarıdır. Məhz bu şəbəkə sayəsində Mahir Mirzəyev rayonun bütün sosial-iqtisadi sahələrini, həmçinin hüquq mühafizə orqanlarını, büdcə təşkilatlarını öz qohumları vasitəsi ilə nəzarətdə saxlayır. Elə bu üzdən də rayona təyinat alan icra başçıları sözsüz Mahir Mirzəyevin dedikləri ilə oturub-durur və onun yaratdığı korrupsiya sisteminin parçasına çevrilirlər. Daha doğrusu Mahir Mirzəyev icra başçılarının «payını» verir və onlar da rayonun bütün səlahiyyətini Mahir Mirzəyevin ixtiyarına buraxaraq, onun özbaşınalıqlarını, korrupsioner fəaliyyətini və əhaliyə etdiyi zülmləri sakitcə seyr edirlər.
Yardımlını tam olaraq «özəlləşdirən» Mahir Mirzəyev millətin başına yaxşı olmayan nə gətirmək lazımdısa, cox mükəmməl şəkildə həyata keçirir və artıq Mahir Mirzəyevin zülmünə qarşı Yardımlıda sözün həqiqi mənasında «bıçaq sümüyə dayanıb»
Yardımlıdan verilən və dəqiqləşdirilmiş məlumata əsasən Mahir Mirzəyevin mütəşəkkil şəbəkəsində yer alan əsas məmurlar aşağıdakılardır:
1. Elçin Mirzəyev - başçının müavini, Mahir Mirzəyevin əmisi oğlu. Kənd təsərrüfatı sahəsinə nəzarəti həyata keçirir. Diplomunun saxta olduğu bildirilir. Qeyri qanuni yolla Yardımlınin kənd təsərrüfatı üzrə torpaqlarını zəbt edərərk Mahirlə şərik əkin sahələrinə malikdir. 500 hektardan artıq torpaq sahəsi məhz Mahir Mizəyevin atasının adına sənədləşdirilib. Bundan başqa Mahir Mirzəyevin heyvandarlıq təsərrüfatları da Elçin Mirzəyevin nəzarəti altındadır.
2. Malik Abışov - Maliyyə şöbəsinin müdiri. Belə ki, 20 ilə yaxındır ki, Maliyyə şöbəsinin müdiri vəzifəsində işləyən Malik Abışov rayona ayrılan vəsaitlərin mənimsənilməsində Mahir Mirzəyevin sag əli olaraq bilinir. Konkret olaraq bütün maliyyə maxinasiyalarının Malik Abışovun kabinetində əlaqəli idarə müdirlərinin toplantısında planlaşdırıldığı və həyata keçirildiyi bildirilir.
3. Vüqar Məmmədov - Yardımlı Rayon Polis şöbəsinin rəis müavini, Mahir Mirzəyevin qaynı. Hüquq-mühafizə orqanlarında Mahir Mirzəyevin əsas adamı hesab olunur.
4. Akif Mirzəyev - Yardımlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Şöbəsində müdir müavini, Mahir Mirzəyevin əmisi oğlu. Sosial sahəyə nəzarəti həyata keçirir. Rayonda əsasə narazılıqların başında gələn şəxslərdən biridir. Çünki bir qayda olaraq ehtiyacı olan vətəndaşlar dövlətdən sosial yardım ala bilmir. Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Şöbəsinin müdiri Elçin Mirzəyevin qaynıdır.
5. Manaf Balaşov - Təhsil şöbəsinin müdiri. Bu şəxsin fəaliyyəti ayrıca araşdırma mövzusudur. Rayon təhsilinə ayrılan maliyyə vəsaitlərini Mahir Mirzəyevlə şərikli şəkildə mənimsədiyi qeyd olunur. Bütün tenderlər isə bir qayda olaraq Mahir Mirzəyevin şirkətlərinə verirlir. Qeyd edək ki Rayon Təhsil şəbəsinin baş mühasibi Mahir Mİrzəyevin yeznəsidir.
6. Fəxrəddin Əkbərov - Yardımlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi. Fəxrəddin Əkbərov da Mahir Mirzəyevin birbaşa kurasiyasında çalışır. Hər ay Mahir Mirzəyevə «aylıq» verməklə yanaşı, baş həkim rayon Səhiyyə İdarəsinə ayrılan vəsaitləri Mahir Mirzəyevlə şərikli şəkildə mənimsəyirlər və yenə də tenderləri bir qayda olaraq Mahir Mirzəyevin «10 mantlıq MMCləri» udur. Ümumiyyətlə isə Yardımlıda səhiyyənin vəziyyəti elə bərbad haldadır ki, bu vəziyyəti görən yoxlamalar hər dəfə baş həkimdən külli miqdarda «bəxşiş» alıb rayonu tərk edirlər.
7. Rakif Səlifov - Gənclər və İdman idarəsinin müdiri. Mahir Mirzəyevin xalası oğlu. Bu sahəyə ayrılan vəsitləri də Mahir Mirzəyev xalası oğlunun əli ilə mənimsəyir.
8. Əli Babayev- Keçmiş Torpaq şöbəsinin müdiri. Mahir Mirzəyevin yeznəsidir. Rayon ərazisində satılan bütün torpaqlara bu şəxs nəzarət edirdi və bütün satışların haqqını birbaşa Mahir Mirzəyevə çatdırırdı.
Bundan başqa demək olar ki, rayonun bütün idarərində Mahir Mirzəyevin qohumları baş mühasib vəzifəsində çalışırlar. Məhz həmin baş mühasiblər vasitəsi ilə Mahir Mirzəyev bütün rayona tam nəzarəti həyata keçirir.
Ərəb şeyximi, yoxsa… ağıllı korrupsioner?
Əgər Baş Prokurorluq yanında Korrupsiya İdarəsi Mahir Mirzəyevin mal varlığını araşdırsa, o zaman 600 manat maaş alan məmurun nələrə sahib olması hamını çaşdırar. İddaya əsasən Mahir Mirzəyevin dünya varından heç bir şeyi əskik deyil. Xaricdə evləri, Bakıda villaları, Cənub bölgəsində istirahət mərkəzləri, çoxlu sayda müxtəlif texnikaları, (həmin texnikalar hətta Bakıda belə icarəyə verilib), ticarət obeyktləri, Bakıda yeni tikilmiş binalarda çox saylı evləri, bir çox şirkətləri, 1000 hektara qədər torpaq sahəsi, çoxlu sayda heyvandarlıq kompleksləri və s.
Qeyd edək ki, Mahir Mirzəyev Cənub bölgəsində «10 manatlıq MMC-lər kralı» kimi ad çıxarıb. 2006-cı ildən vəzifə başında olan Mahir Mirzəyev indiyə kimi xeyli sayda şirkət qeydiyyatdan keçirib. O bu günə kimi tender yolu ilə keçirilən bütün proseslərə nəzarət edir. Elə buna görədir ki, bu məqsədlə ayrılmış pullar yalnız onun şirkətlərinə axır. Mahir Mirzəyevin indiyə qədər açıb bağladığı şirkətlərin adlarının hamısı açıqlansa, o zaman icra başçısının müavini «Forbes»in milyarderləri arasında yer alar. Bəlkə də Mahir Mirzəyevi ərəb şeyxləri ilə müqayisə etmək olar. Çünki Mahir Mirzəyevin bu günə kimi həyata keçirdiyi maliyyə maxinasiyaları və dövlətdən mənimsədiyi vəsitlər milyonlarla manat həcmindədir və bu günə qədər Mahir Mirzəyevin həyata keçirdliyi maliyyə maxinasiyaları sözün həqiqi mənasında ofşor dəliyi hesab oluna bilər.
Məlumatlı mənbəninin sözlərinə görə indiyə qədər Mahir Mirzəyev 6 saylı Regional Vergilər İdarəsində işləyən yaxın dostu və şəriki İqbal Rzayevin səyi nəticəsində 10-larla kiçik müəssisələr yaradıb, dövlət vəsaitlərini həmin MMC-lər vasitəsi ilə nəqdləşdirdikdən sonra bu MMC-lər sadəcə yoxa çıxıb. Həmin MMC-lər vasitəsilə rayon Mahir Mirzəyev 10 ilə yaxındır ki, rayon büdcəsini «təmizləyir». Həmin müəssisələr isə bir qayda olaraq Vergilər İdarəsi tərəfindən yoxlanılmır. Çünki İqbal Rzayev bunun qarşısını alır. Bir müddətdən sonra isə həmin MMC-lər bağlanır və bu müəssisələri arayıb-axtaran olmur.
Mahir Mirzəyevin indiyə qədər açıb bağladığı şirkətlərin adlarının hamısı açıqlansa, o zaman icra başçısının müavini «Forbes»in milyarderləri arasında yer alar
Bildirilir ki, ayrı-ayrı insanların adına yaradılmış müəssisələr rayon icra hakimməyətində çöldən-çölə baş mühasib kimi saxlanılan Habil adlı şəxsin mühasibatlıgında aparılır. Yəni Habil yaradılmış müəssisələrin möhürünü gəzdirərərək onları sənəsləşdirir və hesabat aparır. Ümumiyyətlə isə Mahir Mirzəyevin bütün «qara buxalteriyasını» məhz Habilin apardığı qeyd olunur.
Məlumatlı mənbə misal olaraq bildirir ki, Mahir Mirzəyevin «10 manatlıq MMC-ləri» bir qayda olaraq bir neçə şəxsin adına qeydiyyata alınır. Onlardan biridə rayon icra hakimiyyətində çayçı işləyən Qənbər Şabiyevdir. Həyata keçirdiyi maliyyə əməliyyatlarına baxılırsa, Qənbər Şabiyev milyoner hesab olunmalıdır. Amma icra hakimiyyətinin çayçısı olan Qənbər Şabiyevin «öz milyonlarından» xəbərsizdir. O yalnız Habilin gətirdiyi sənədləri imzalayır və «milyonlarından» xəbərsiz kasıbçılıqla ömrünü sürür.
Mahir Mirzəyevin indiyə qədər işlədib, sonra da vergidən yayınmaq üçün ləğv etdiyi şirkətlərin siyahısına «Bəhruz», «Deman», «Savalan 2008», «Səbuhi», «Göy göl», «Naxis», «Veteran», «Caspian Fruit Co», «Amid», «Habil», «Rəşad» və «Qadir 1960» daxildir. Adını çəkdiyimiz bu şirkətlər fəaliyyətlərini dayandırıb. Mahir Mirzəyev və Sevindik Hətəmov hazırda bəzi tender əməliyyatlarını «Kainat79», «Qafqaztikintiquraşdırma», «Sanofen», «Trendservis», «RMT inşaat», «Terminal-A», «Azadlıq LTD», «Constella», və «Sistem X» MMC-lər vasitəsilə həyata keçirir. Bakıda qeydiyyatdan keçirilmiş firmaların rəhbərləri ilə Mahir Mirzəyev ayda bir dəfə görüşür. Məqsəd onlardan vəsaiti nağd şəkildə alıb, şəxsən kiməsə verməsidir.
Bir qayda olaraq ən böyük məimsəmə halları rayonda aparılan abadlıq və quruculuq işləri altında mənimsənilən vəsaitlərdir və əsasən bu işlərdə «Reyhan» kiçik müəsissəsi əksəriyyət tenderlərdə qalib gəlir. «Reyhan» kişik müəsissəsinin və onlarla digər MMC-lərin sahib olan Akif Teyyubov Qənbər kişidən fərqli olaraq həqiqi milyonerdir. Akif Teyyubov Mahir Mirzəyevin yaxın qohumudur və əvvəllər sürücü işləyən bu şəxs indi Mahir Mirzəyevin «kapitalının» böyük bir hissəsinə nəzarət edir.
Qeyd olunur ki, Mahir Mirzəyev rayonun bütün tikinti abadlıq abadlaşıdrma işlərini monopoliyaya alıb. Belə ki, icra başçısı Sevindik Hətəmovun inamından sui istifadə edən Mahir Mirzəyev rayonun təhsil, mədəniyyət, səhiyyə və icra hakimiyyətinin gördüyü işləri həyata keçirən mmc-lər məhz ona aidir.
Hazırda talan olunan rayon büdcəsi
Mənbə bildirir ki, bu yaxınlarda Vergilər nazirliyi tərəfindən yayımlanan “Vergilər” qəzetində ləvğ olunan yüzlərlə şirkətlərin içində Mahir Mirzəyev yaxın adamlarına aid çoxlu sayda MMC-lər olub.
Məlumat mənbəmiz qeyd edir ki, 2014 -2015 ci illərdə Yardımlı rayonundakı idarə və müəsissələrin işlərini həyata keçirən şirkətlərdə həmişəki kimi Mahir Mirzəyevə yaxına admalrına aiddir.
Buna misal olaraq hazırda fəaliyyət göstərən “Reyhan” MMC, “RMT-İnşaat” MMC, “Terminal – A” MMC, “Mirrəhim” MMC, “Alfa-Tradinq” MMC, “Siset-X” MMC, “Göy-Göl” MMC, TTS-2008 MMC-ləri göstərmək olar. Bu şirkətlər rayonun təhsil, səhiyyə, mədəniyyət və icra hakimiyyətinin həyata keçirtdiyi tenderlərin qalibi olublar və üst üstə bu mmc-lərə keçən il 600 min manata yaxın vəsait köçürülüb. Dövlət Satınalma Agentliyində adı çəkilən şirkətlərə 300 min manata yaxın vəsaitin ayrıldığı qeyd olunsa da, sonradan Yardımlı rayon daxili büdcəsində ayrı-ayrılıqda eyni məbləğdə vəsait həmin mmc-lərə başqa başqa işlərin görülməsi üçün ayrılıb.
Mahir Mirzəyev heç də bir çox məmurlar kimi özünün uğurlu karyerasını YAP sıralarından başlamayıb. O, 1993-cü ildən 2005-ci ilə qədər rayonda alovlu müxalifətçi kimi tanınıb
Məsələn “Reyhan” MMC dir və həmin müəsissə rayon kəndlərinə çəkilən yolların tenderininq alibi elan olunub. 2014-cü ildə həmin şirkətə təkcə kənd yolarının təmiri adı altında iki dəfə, 75 min və 122 min manat vəsait ayrılıb. Ayrılan vəsaitin böyük bir hissəsi isə həmişəki kimi Mahir Mirzəyev tərəfindən mənimsənildiyi iddia olunur.
Mahir Mirzəyev «Müsavat»dan YAP rayon şöbəsinin rəhbərliynə necə transfer olunub?
Maraqlıdır ki, Mahir Mirzəyev heç də bir çox məmurlar kimi özünün uğurlu karyerasını YAP sıralarından başlamayıb. O, 1993-cü ildən 2005-ci ilə qədər rayonda alovlu müxalifətçi kimi tanınıb və «Müsavat» Partiyasında təmsil olunub. Daha sonra isə YAP-a transfer olunan Mahir Mirzəyevin bundan sonra ulduzu parlamağa başlayıb. Müxalifətdə olduğu illərdə isə ölkə rəhbərliynin ünvanına çoxlu tənqidlər səsləndirən Mahir Mirzəyev YAP-a transfer olduqdan sonra qısa müddətində ulduzu elə parlayıb ki, o, artıq uzun illərdir ki, YAP Yardımlı təşkilatına rəhbərlik edir. Peşəkar korrupsioner olan Mahir Mirzəeyin əldə etdiyi uğurlarını da məhz korrupsiya vasitəsi ilə əldə etdiyi vurğulanır. Belə ki, Xəzər Aslanov Yardımlıda icra başçısı olduğu dönəmdə başçının «saqqızını» oğurlamğı başaran Mahir Mirzəyev elə həmin dönəmdən Yardımlının «tək sahibinə» çevrilib. Xəzər Aslanovun əvəz edən Sevindik Hətəmov isə axara qarşı getmək deyil, axarla üzməyi seçdiyi üçün hazırda Mahir Mirzəyevin tam nəzarəti altındadır. Müavinindən istədiyini alan Sevindik müəllim Yardımlının «tək sahinə» «biət edənlərin» sırasında yer alaraq yardımlıların ah və naləsini eşitmir. Ya da eşitməməzlikdən gəlir…
Qeyd edək ki, Yardımlının icra başçısının müavinin və yaxın adamlaırnın maliyyə maxinasiyaları ilə bağlı redaksiyamıza daxil olan ilginc məlumatlaır yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Geri dön