Ana Sayfa > Sosial / Manşet > Azərbaycanda niyə bazar adını Şərqə, universitet adını Qərbə verirlər?
Azərbaycanda niyə bazar adını Şərqə, universitet adını Qərbə verirlər?24-05-2017, 12:58. Yazar: admin |
Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”nda 66 sahibkara məxsus dükanlar bu gün səhər tezdən sökülməyə başlayıb. Bu barədə Hurriyyet.org-un elektron poçtuna daxil olan məlumatda bildirlib. Məlumatda qeyd olunur ki, bu vaxtacan, tam hasarlandığına görə işlədilməyən 6 dükan texnika ilə artıq sökülüb: “Sahibkarlar bütün məhkəmə instansiyalarını udsalar da, əksəriyyətinin əlində Əmlak Məsələləri Dövlət Komitəsindən və digər dövlət orqanlarından verilən, qanuni sənədlər olsa da Sumqayıt icra hakimiyyəti mülkiyyət hüququnun toxunulmazlığına məhəl qoymadan, söküntü ilə bağlı heç bir məhkəmə sənədi olmadan olaraq dükanları sökür. Sahibkarlar isə çaşqınlıq içindədirlər və hara şikayət edəcəklərini bilmirlər.Xatırladaq ki,uzun müddət gündəmdən düşməyən bu çəkişmə 2011-ci ildən davam edir. İcra hakimiyyəti bildirib obyektlər sökülüb yerində 4 mərtəbəli ticarət mərkəzi tikiləcək. Dükanlar abadlaşdırmaq adı ilə söklüsə də sahibkarlar bir neçə dəfə xeyli xərc çəkib obyektlərini abadlaşdırmağa cəhd ediblər,amma onlara bunu etməyə imkan verməyiblər.Onu da bildirək ki, mülkiyyət hüququ Azərbaycan Konstitusiyasında dövlət tərəfindən qorunur”. Sakinlər redaksiyamızın əməkdaşını ərazidəki vəziyyətlə əyani tanış olmağa dəvət də eləyib. Amma çox təəssüf ki, Hurriyyet.org-un poçtuna daxil olan məktubda əlaqə nömrəsi qoyulmadığı üçün biz sahibkarlarla əlaqə saxlaya bilmədik. Sumqayıt şəhər İcra hakimiyyətinin mətbuat əlaqələndiricisi Eyvaz Qocayevlə əlaqə saxladıq. Bildirdi ki, Şərq bazarının ərazisi çox pis vəziyyətdədir, sahibkarların da fəaliyyəti üçün bazarda məhdudiyyətlər vardı. Ora abadlaşacaq, yeni ticarət kompleksi tikiləcək. Kiminsə sənədi varsa, onlar da müvafiq yerlə təmin olunacaq. Bu barədə sahibkarla danışılıb. Artıq bu günlərdə sahibkarlara da müqavilə veriləcək ki, onlada da bu barədə rəsmi məlumat olsun”. Qeyd edək ki, ötən yazıda sahibkarlar bildirmişdi ki, 66 sahibkara məxsus özəlləşdirilmiş ərazi 9 kavdratmetr, ümumlikdə isə 19,5 kvadratmetr ərazi məxsusdu. Onlara isə məlumat verilib ki, yeni tikintidən onlara 16 kvadrat metr ərazi veriləcək. Eyvaz Qocayev dedi ki, sənədləri qaydasında olan hər bir sahibkara 18 kvadratmetr ərazi veriləcək: “Sahibkarlarla bağlı problem olmayacaq. Bu gün sosial şəbəkələrdə ən çox tənqid olunan yer “Şərq bazarı” deyilən ərazisidir. Sadəcə, sahibkarları illərlə o qədər incidiblər ki, bu üzdən onların bəzilərində inamsızlıq yaranıb. Kimin ki, sənədlə 9 kvadratmetr ərazisi var, onlar 18 kvadratmetr yerlə təmin olunacaq, buna əmin ola bilərlər”. Onu da bildirək ki, redaksiyamıza başqa bir problemiylə əlaqədar müraciət eləyən bir sakin təsadüfən Şərq bazarının sökülməsini məlumatını eşidib, belə reaksiya verdi: “Çox şad olardım ki, nəinki Sumqayıtda, elə Bakıda da Şərq bazarı sökülsün, yenidən rekonstruksiya olunsun və tam başqa adda fəaliyyət göstərsin. Çünki Azərbaycanda bazar adını Şərqə, universitet adını isə Qərbə verirlər. Halbuki həmişə elm, bilik, zəka adamları Qərbdən çox Şərqdə doğulub və bu belə də davam eləyir. Məntiqlə də yanaşsaq , Günəş də Şərqdən doğulur...”. Geri dön |