Ana Sayfa > Sosial / Manşet > SABİQ İCRA BAŞÇISININ HƏBSİ TƏLƏB OLUNUR – Şikayət

SABİQ İCRA BAŞÇISININ HƏBSİ TƏLƏB OLUNUR – Şikayət


17-10-2016, 08:16. Yazar: admin
SABİQ İCRA BAŞÇISININ HƏBSİ TƏLƏB OLUNUR – Şikayət
Laçın rayonundan məcburi köçkün, Qarabağ müharibəsi veteranı Zeynalov Allahverdi Məhərrəm oğlu tərəfindən Prezident İlham Əliyevə şikayət məktubu göndərilib. Bir nüsxəsi “AzPolitika.info”ya daxil olan məktubda bildirilir:
“Mən, 28.10.1982-ci ildən Laçın rayon İHB-nın Fətəlipəyə kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəlikdə mühasib, müavin və nümayəndə vəzifələrində işləmişəm. 3-cü dərəcəli “Dovlət qulluqcusu”yam. Bundan əlavə 29.12.2005-ci il tarixdən Laçın Rayon İHB-nın Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin edilmişəm. 30 il eyni strukturda fasiləsiz işləmiş, işlədiyim müddət ərzində heç bir intizam tənbeh tədbiri ilə cəzalandırılmamış, nümunəvi xidmətimə görə daim fərqlənmiş, mütəmadi olaraq pul mükafatları, fəxri fərmanlar almışam. Məcburi köçkün, müharibə veteranıyam.
20 sentyabr 2012-ci il tarixdə Laçın rayon İcra Hakimiyyəti başçısının 96 saylı sərəncamı ilə əsassız olaraq işdən azad edildim.
Əvvəl Laçın rayon Məhkəməsinə, sonra da aidiyyati üzrə 2013-cü ilin fevral ayında Şirvan İnzibati-İqtisadi Məhkəməsinə “sərəncamın etibarsız hesab edilib ləğv olunmasi, işə və dövlət qulluğuna bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və dəymiş ziyanın əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə müraciət etdim.
Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-84/2015 saylı, 26 yanvar 2015-ci il tarixli qərarı ilə “cavabdeh Laçın rayon İcra Hakimiyyəti başçısının 20 sentyabr 2012-ci il tarixli, 96 nömrəli sərəncamının Zeynalov Allahverdi Məhərrəm oğluna aid 7-ci bəndi ləğv edilməsi, 01 oktyabr 2012-ci il tarixindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Zeynalov Allahverdi Məhərrəm oğlu Laçın rayon İHB-nın Fətəlipəyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi” qət edildi.
02 mart 2015-ci il tarixində 2-1(86)-84/2015 saylı qərar icra olunması üçün məhkəmə tərəfindən Laçın rayon İcra Hakimiyyətinə göndərilmiş, məhkəmə qərarının könüllü şəkildə icra olunması üçün 15 gün müddət təyin edilmişdir. Lakin həmin müddətdə Lacın rayon İHB-nın sabiq başcısı Akif Səlimov qərarı qəsdən könüllü icra etməmişdir.
20 aprel 2015-ci il tarixli icra sənədi üzrə Laçın rayon İcra Qrupu tərəfindən 04 may 2015-ci il tarixdə icraata başlanmaq haqqında qərar qəbul edilmişdir. Həmin qərarda icra məmuru icra sənədində gostərilmiş tələbin borclu tərəfindən konüllü icrası ücün 10 gün müddət təyin etmişdir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilmişdir.
Lakin göstərilənlərə baxmayaraq, yenə də Laçın rayon İcra Hakimiyyətinin sabiq başcısı Akif Səlimov vəzifə səlahiyyətlərindən sui istifadə edərək qanuni qüvvəsini almış qərarı qəsdən icra etmədi.
Əksinə 22 sentyabr 2015-ci il tarixdə sabiq başçı Akif Səlimov Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26 yanvar 2015-ci il tarixli qərarından apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət (8 aydan sonra) verdi və Şirvan Apellyasiya Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmədi.
Bununla kifayətlənməyərək bir-neçə aydan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinə Şirvan Apellyasiya Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli qərardadından kassasiya şikayətin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə verdi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı ilə ərizə təmin edilmədi.
Şəxsən 03 mart 2016-cı il tarixədək Laçın rayon İcra Hakimiyyəti başçısı vəzifəsində işləyən Akif Səlimov məhkəmənin qanuni qüvvəsini almış qərarını icra etməməklə Azərbaycan Respublikasının qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bu müddət ərzində mən Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə, Respublika Baş Prokuroruna, Milli Təhlükəsizlik Xidmətinə, Ombudsman Aparatına, Nazirlər Kabinetinə, Milli Məclisə, Korrupsiyaya qarşı Mübarizə idarəsinə on dəfələrlə müraciət etmişəm. Bütün müraciətlərim baxılıb həll edilməsi və tədbir gorülməsi ücün Ədliyyə Nazirliyinə gondərilmişdir. Ancaq Ədliyyə Nazirliyi sabiq başcı haqda hec bir tədbir gorməmişdir.
Mən dəfələrlə nazir Fikrət Məmmədovla, İcra baş idarəsinin sabiq rəisi Xanlar Zeynalovla, Nurəddin Mustafayevlə gorüşsəm də Akif Səlimov haqda hec bir tədbir gorülməmişdir.
Akif Səlimovun arxasında “kimlərin və nələrin” dayandıgını mən hec cür anlaya bilmirəm Məgər vəzifəli şəxs vəzifədən kənarlaşdırılarsa onun cinayətlərinə xitam verilir? ULU ONDƏRİMİZ demişdir: “Cinayət cəzasız qalmır. Əlbəttə Akif Səlimov oz layiqli cəzasını alacaqdır”.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində vəzifəli şəxs tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli olaraq icra etməmənin cinayət əməli olduğu tövsif edilmişdir. O cümlədən, Laçın rayon İcra Hakimiyyətinin sabiq başçısı Akif Səlimovun əməlində Azərbaycan Respublikası Cinayət Məcəllənin 309-cu, 314-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibləri də vardır. Beləliklə o, vəzifə səlahiyyətlərini aşmaqla, işə laqeyd münasibət gostərməklə öz xidməti vəzifəsini layiqincə yerinə yetirməmiş, mənim hüquqlarım pozulmuşdur.
Gostərilənlərə əsasən Sizdən xahiş edirəm, Laçın rayon İcra Hakimiyyətinin sabiq başçısı Səlimov Akif İsmayıl oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306, 309 və 314-cü maddələri ilə cinayət işinin başlanması, onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə Ədliyyə Naziri cənab Fikrət Məmmədova gostəriş verəsiniz. Pozulmuş hüquqlarımın bərpa edilməsi və mənə vurulmuş ziyanın odənilməsini SİZDƏN xahiş edirəm”..
P.S. Məktubda göstərilənlərlə bağlı, Laçın rayon İcra Hakimiyyətinin sabiq başçısının da mövqeyini işıqlandıra bilərik.

Geri dön