Ana Sayfa > Sosial / Manşet > Bərdənin dərdi var, Bərdə xəstədir...

Bərdənin dərdi var, Bərdə xəstədir...


10-03-2016, 09:39. Yazar: admin
Bərdənin dərdi var, Bərdə xəstədir...
Bərdə ziyalıları icra başçısı Vidadi İsayevin qanunsuz əməlləri haqda prezident İlham Əliyevə müraciət edib. Gunxeber.com-a daxil olan həmin müraciəti təqdim edirik:
“Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Bərdə rayonunun bir qrup ziyalıları tərəfindən rayonda
baş alıb gedən haqsızlıqlar və qanunsuzluqlar barədə
M Ü R A C İ Ə T
Möhtərəm cənab Prezident!
Prezident Administrasiyanın rəhbər işçilərinə, Baş nazirə, Milli Məclisə, Maliyyə Nazirliyinə, Hesablama Palatasına, ölkənin bütün hüquq mühafizə orqanlarına və rəsmi dövlət qəzetlərinə Bərdə rayonunda baş alıb gedən korrupsiya halları və qanunsuzluqlar barədə 74 dəfə rayon ziyalıları adından müraciətlər etməyimizə baxmayaraq, müraciətlərimiz cavabsız qalmış, bəzi cavablarda isə İcra Hakimiyyəti başçısının Respublika Prezidenti qarşısında məsuliyyət daşıdığını göstərərək, araşdırma aparmaqdan imtina etmişlər.
Dəfələrlə Azərbaycan Respublikası Hesablama Palatasının sədri V.Gülməmmədovun ünvanına teleqram və məktublarla müraciət edərək, 2015-ci ilin iyul ayında Hesablama Palatasınınnın nümayəndələri tərəfindən Bərdə rayon İcra Hakimiyyətinin 2011- 2014 – cü illər üzrə maliyyə – təsərrüfat fəaliyyəti yoxlanılarkən, qeyri obyektivliyə yol verildiyini və yoxlamanın düzgün aparılmadığını göstərmişdik və bildirmişdik ki, V.İsayev hesabatlarında Bərdə şəhərinin müxtəlif küçələrinə 110,0 min kv.metrdən artıq asfalt saldığını o cümlədən, 2014-cü ildə güya səhərin H.Əliyev prospektinə 27,0 min kv.metrdən artıq asfalt döşəndiyini göstərmişdir. Həqiqət də isə həmin dövr ərzində H.Əliyev prospektinin bəzi hissələri istisna olmaqla şəhərin heç bir küçəsinə asfalt salınmamışdır. Məsələ ilə əlaqədar yoxlama aparılan vaxt, yəni 17 iyul 2015-ci il tarixdə Respublika Hesablama Palatasının sədri Vüqar Gülməmmədova teleqramla müraciət edərək, yoxlamanın qeyri-obyektiv aparıldığını bildirmişik.
Müraciətimizin nəticəsi olaraq, Hesablama Palatasının nümayəndəsi Elman Hümbətov rayona gələrək, müraciətdə göstərdiyimiz faktları araşdırmaq əvəzinə, müraciətə imza atmış şəxslərin qohum-əqrabaları vasitəsilə onlara təzyiq göstərərək, müraciətdən xəbərsiz olmaları barədə izahat almağa çalışmışdır.
Bizim müraciətlərimizdə göstərdiyimiz faktları Hesablama Palatasının nümayəndələri qəsdən, bilərəkdən təhrif etmiş, Hesablama Palatasının sədrinə saxta məlumat vermiş və nəticədə Hesablama Palatasının sədri rayonda baş vermiş qanunsuzluqları qanuni iş kimi Milli Məclisin müzakirəsinə çıxararaq, leqallaşdırmışdır. Bununlada V.İsayevin qanunsuz əməllərinin üstünü ört-basdır edərək, onun cinayət əməllərini davam etdirməsinə şərait yaratmış və həmin cinayət işlərinin iştirakçısına çevrilmişlər.
Büdcə vəsaitlərinin talan edilməsi barədə Respublika Maliyyə Naziri Samir Şərifovun ünvanına dəfələrlə müraciətlər göndərərək,onun yerdəki nümayəndəsi, Maliyyə İdarəsinin rəisi V.İsayevin qanunsuz əməllərinin qarşısını almaq əvəzinə, onunla əlbir olaraq büdcə vəsaitlərinin talanmasına şərait yaratdığını bildirmiş və göstərmişik ki, rayon Maliyyə İdarəsi rayonda büdcə vəsaiti hesabına görülmüş işlərə ödəniş həyata keçirərkən, həmin işlərə komissiya tərəfindən yerində baxış keçirib aktlaşdırılmasını təmin ertməli və sonra pulun ödənilməsinə sərəncam verməli idi. Lakin o bu işlərin heç birini etməmiş,(etsə də formal surətdə etmişdir), əvəzində saxta sənədlər əsasında pul vəsaitinin ödənişini aparmışdır.
Fəlakət ondan ibarətdir ki, dövlət büdcəsinə nəzarət etməli olan Maliyyə nazirliyi göstərdiyimiz faktları araşdırmaq əvəzinə müxtəlif vasitələrlə araşdırma aparmaqdan yayınmışdır.
Belə ki, Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi C.Yusifov isə daha irəli gedərək bizə Hesablama Palatasına müraciət etməyi tövsiyyə etmişdir. Maliyyə naziri Samir Şərifov isə sanki deyilənləri eşitmir və yaxud eşitmək belə istəmir. Göstərilən faktlara Maliyyə Nazirliyinin göz yumması və büdcənin talanmasına biganəliyi çox müəmmalıdır və başqa mətləblərdən xəbər verir.
Acınacaqlı haldır ki, Respublika Prezidentinin ünvanına V.İsayevin qanunsuz əməlləri barədə göndərdiyimiz müraciətləri Prezident Administrasiyasının şöbə müdiri S.İsmayılov “Vətəndaşların müraciətləri haqqında” Qanunun müvafiq maddələrinin tələblərini kobud surətdə pozaraq, həmin korrupsionerin özünə göndərmişdir ki, araşdırsın və müraciət etmiş vətəndaşlara cavab versin.
Dəhşətlisi odur ki, qanunsuzluqları və korrupsiya hallarını araşdırmalı olan Respublikanın Baş Prokurorluğu və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də V.İsayevin büdcə vəsaitlərini talan etməsi, qanunsuz əməlləri və korrupsiya hallarına yol verməsi barədə etdiyimiz müraciətləri araşdırmaq üçün Prezident Administrasiyasına göndərmişdir.
Anlaya bilmirik, nə üçün müraciətlərimizə baxılmır? Axı Qanun var, qanunçuluq var. Dövlət var, dövlətçilik var. Qanunlar kimdən ötəridir? Dövlət kimdən ötəridir? Bəs onda biz hara müraciət edək? Xahiş edirik bizə bir yol göstərin.
Cənab Prezident!
Prezident Administrasiyasındakı Zeynal Nağdəliyevlər, Süleyman İsmayılovlar yazdıqlarımız müraciətlərin Sizə çatmasına imkan vermirlər.
Onlar hansı səbəbdənsə bütün bu yazdığımız faktları gizlədir, qeyd etdiklərimizi araşdırmaq əvəzinə, V.İsayevin bu qanunsuz əməllərini davam etdirməsinə kömək edir və onun bu çirkin əməllərinə rəvac verirlər.
Məgər bu “mötəbər” adamlar ölkənin Ali Orqanlarında baş verən qanunsuz əməlləri görmürlər? Oradakı dəhşərli faciələri eşitmirlər? Yoxsa, dövlətin milyonlarının necə talandığının fərqində deyillər?!
Cənab Prezident!
Biz bu müraciətlərimizə Sizin apardığınız daxili siyasətə kömək etmək məqsədi kimi baxırıq.
Müraciətə imza edən adamlar rayonda kifayət qədər tanınmış adamlardır. Bizim müraciətimizə qoşulmaq istəyən yüzlərlə rayon sakini var. Biz istəmirik ki, onlar da bu siyahıya qoşulsunlar.
Müraciətlərimizin nəticəsiz olması bizdə şübhə oyadır ki, yuxarıda sadaladığımız adamlar Sizin ünvanınıza göndərdiyimiz müraciətləri Sizə verməyə qoymurlar.
Ona görədə məcburuq müraciətlərimizi Sizə müxtəlif xəbər saytlarıvasitəsi ilə çatdıraq.
Sizə əvvəlcədən minnətdarlığımızı bildiririk.
İ M Z A L A R:

Abbasov Abbas Şəxs.vəs. AZE 03597585
Həsənov Rüstəm AZE 04980627
Baxşalıyev Şahlar AZE 06886009
Əliyev Yusif AZE 04473783
Cavanşirov Elşən AZE 14283446
6. Məmişov Fazil AZE 08562283
7. Sadıqov Əli AZE 04848136
Bizim ünvanlarımız:

Bərdə rayonu Şorəlli kəndi : tel. 050-407-96-46
Bərdə şəhəri Ə.Ədilov küç.7: tel. 050-320-38-03
Bərdə rayonu Gərənə kəndi: tel. 050-351-56-76
Bərdə şəhəri Z.Tağıyev küç. Tel. 050-562-28-18

07 mart 2016-cı il “.

Geri dön