Ana Sayfa > Sosial / Manşet > Əhəd Abiyev və işçisi avtoqəzaya düşüb?

Əhəd Abiyev və işçisi avtoqəzaya düşüb?


3-03-2016, 13:05. Yazar: admin
Əhəd Abiyev və işçisi avtoqəzaya düşüb?
«Pravdainfo.org»-un elektron poçtuna daxil olmuş bir oxucu məktubu diqqətimizi çəkdi… Məktubda Daşkəsən RİH başçısı Əhəd Abiyevin bu günlərdə dövlət nömrə nişanının sonuncu rəqəmi 777 olan ağ rəngli «LEKSUS» markalı «CİP» maşını ilə avtoqəzaya düşdüyü yazılır: «…Həmin avtomobil qəflətən yolda çevrə vurdu və mənim özümə qəza şəraiti yaratdı. Xoşbəxtlikdən mənim idarə etdiyim avtomobil təhlükədən sovuşdu… Sonra əzilmiş avtomobildən Daşkəsənin icra başçısı Əhəd Abiyevi çıxardılar düşdü. Məlum oldu ki, maşını onun şöbə müdiri olan Elmar Şıxəliyev adlı şəxs idarə edirmiş… Avtomobil yararsız hala düşmüşdü…».
Pravdainfo.org-un əməkdaşları məsələ ilə bağlı Daşkəsən RİH başçısı ilə əlaqə yaratmaq üçün İH-nin rəsmi saytındakı telefon nömrələrinə zəng vurdu, lakin başçının köməkçisi telefona cavab vermədi. Sonra digər şöbələrdən Elmar Şıxəliyev adlı əməkdaşı xəbər aldıq… məlum oldu ki, Elmar Vaqif oğlu Şıxəliyev (RİH-nin rəsmi saytında hüquq şöbəsinin müdiri kimi qeyd olunmuşdu) Sabirabadın keçmiş başçısı Vaqif Şıxəliyevin oğludur.
Sosial şəbəkələrdə onun barəsində başqa bir maraqlı məlumata da rast gəldik. Məlum olurdu ki, Elmar Şıxəliyev və onun atası keçmiş MTN naziri Eldar Mahmudovla yaxın münasibətdə olub, hətta Elmar Şıxəliyev Eldar Mahmudovun işçisi olub, amma… Moderator.az saytının təxminən iki ay əvvəlki sayında aşağıdakı məzmunda yazı da dərc olunub: «…MTN naziri Eldar Mahmudovun Şıxəliyevlərlə yaxınlığı o dərəcədə olub ki, hətta Eldar Mahmudov Vaqif Şıxəliyevin oğlu Elmar Şıxəliyevi MTN-də məsul vəzifəyə də təyin etmişdir. Lakin nə sirdirsə, bir müddət sonra Eldar Mahmudov bu qədər yaxın münasibətə baxmayaraq Elmar Şıxəliyevi MTN-dəki vəzifəsindən qovdu... Amma onun guya öz ərizəsi ilə işdən çıxardıqlarını sənədləşdirdilər. Lakin bütün Sabirabad camaatı bunun əsil səbəbini yaxşı bilir... Amma ən maraqlısı budur ki, Sabirabadda xəbər yayılıb ki, Vaqif Şıxəliyevə görə Daşkəsənin icra başçısı Əhəd Abiyevi Bakıya çağırıblar. Səbəb isə odur ki, Elmar Şıxəliyev Daşkəsən RİH-də hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. MTN kimi bir qurumdan qalmaqalla işdən çıxarılmış bu şəxs dövlət qulluğu olan bu vəzifəyə təyin olunarkən neçə olub ki, Dövlət Qulluğu Komissiyasının test yoxlamasından tərtəmiz keçib? Odur ki, Əhəd Abiyevin də bu qalmaqallı vəzifəyə təyinatda rolu olduğunu deyirlər. Çünki onun təqdimatı bu işdə əsas pol oynayıb. Daşkəsən RİH-nin rəsmi saytında bu təyinatın izini asanca görə bilərsiniz…».
Oxucumuz redaksiyamıza bir neçə də fotoşəkil göndərib, lakin bu şəkillərdəki təsvirlərin kimə məxsus olmasını aydınlaşdıra bilmədik… Avtoqəza ilə bağlı isə Baş Dövlət Yol Polisi İdarəsinə zəng edərək məlumat almağa çalışdıq. Rəsmi sorğu təqdim edilməsi tələb olunduğundan Baş İdarəyə rəsmi sorğu göndərildi, əlavə məlumat veriləcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Əhəd Abiyev və işçisi avtoqəzaya düşüb?

Geri dön