Ana Sayfa > Sosial / Manşet > Füzulinin icra başçısı “məşhər ayağına” çəkildi
Füzulinin icra başçısı “məşhər ayağına” çəkildi18-01-2016, 10:38. Yazar: admin |
Azərbaycanda yerli məmurların daha çox özbaşınalıqla məşğul olması səbəbindən onlar haqqında yuxarı instansiyalara edilən şikayətlər də çox olur. Prezident Admnistrasiyası artıq bir neçə ildir ki, daha çox şikayət olunan icra başçılarının «reytinq cədvəli»ni də hazırlayaraq, onu cəmiyyətə açıqlayır. “Unikal” qəzetinin əldə etdiyi məlumatda bildirlir ki, , yeni ilin ilk ayı üzrə hazırlanmış «reytinq cədvəli»ndə də maraqlı məqamlar var. Məlumatlarda deyilir ki, Prezident Admnistrasiyasına müraciət edən vətəndaşların ən çox şikayətçi olduqları yerli məmurlardan biri də Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevdir. Füzuli rayonunun rəhbərinin özbaşınalığı, qanunları saya salmaması, habelə total korrupsiyaya yol verdiyini əhatə edən bu şikayətlərin ümumi sayının yüzlərlə olduğu bildirilir. Qəzetimizə daxil olan məlumatlarda həmçinin qeyd olunur ki, rayonda sahibkarların sıxışdırılması, onlardan qanunsuz ödəmələrin tələb olunması artıq ənənə halını alıb. Prezident İlham Əliyevin bu kimi neqativ hallara qarşı barışmaz olacağını və bu vədində nə qədər ciddi olduğunu atdığı addımları ilə sübut etməsinə baxmayaraq Füzulinin icra başçısı əməllərindən qalmır. Rayonda yarıtmaz idarəçilik səbəbindən problemlər kifayət qədərdir. Bir neçə gün öncə, daha dəqiqi, yanvarın 13-də Füzulidə bir qrup sakinin etiraz aksiyası keçirməsi də məhz bunun nəticəsidir. Həmin hadisələr isə rayondakı digər problemlərin də üzə çıxmasına səbəb oldu. Bəlli oldu ki, rayonda Alı Alıyevin etimad göstərərək yüksək vəzifələrə təyin etdiyi məmurlar üçün dövlətçilik maraqları anlayışı ümumiyyətlə yox imiş. Hər halda məlum aksiyadan sonra Füzuli rayonunda həyata keçirilmiş həbslər və həmin həbslərlə bağlı verilən açıqlamalardan çıxan nəticə budur. Məlumat üçün bildirək ki, yanvarın 14-də Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şakir Hacıyev həbs olunub. Onun saxlanılmasına rayon icra hakimiyyətindən verilən açıqlamada isə şok məqamlar var. Belə ki, Füzuli Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, saxlanılan şəhər icra nümayəndəsi haqqında artıq məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilib: "Ancaq hələlik həbs qətimkan tədbirinin müddəti barədə idarəmizdə heç bir məlumat yoxdur. Şakir müəllim əvvəl hətta icra başçısının müavini vəzifəsində də işləyib. Ancaq onun dövlətə və dövlətiçiliyə qarşı çıxacağı heç kimin ağlına gəlməzdi. O, rayon ərazisində yanvarın 13-də qanunsuz aksiya təşkil etdiyi, vətəndaşları həmin etirazlarda iştirak etməyə çağırdığı üçün həbs edilib.Maraqlı məqam odur ki, saxlanan Şakir Hacıyev rayonda deyil, Bakıda həbs edilib. O özü heç bir aksiyaya qoşulmayıb, paytaxtda ola-ola vətəndaşları oradan aksiyalara səsləyib", -deyə icra hakimiyyətindən bildiriblər. Qeyd edək ki, hadisə ilə bağlı daha bir neçə nəfərin də saxlanıldığı qeyd olunur. İndi isə ortaya maraqlı situasiya çıxıb. Füzuli RİH başçısının inanıb-etibar etdiyi vəzifəli şəxs dövlətə qarşı çıxırsa, vətəndaşları etiraz aksiyasına təhrik edirsə buna nə ad vermək olar? Alı Alıyev təminat verə bilərmi ki, sabah onun başqa bir kadrı da bu kimi təxribatçı mövqe sərgiləməyəcək? Hesab edirik ki, baş vermiş çox utancverici bu olayda Füzuli RİH başçısı Alı Alıyevin günah dərəcəsi həbs olunmuş icra nümayəndəsindən heç də az deyil. Odur ki, belə bir şəxsin düşmənlə nəfəs-nəfəsə yaşayan bir rayona rəhbərlik etməyə sadəcə olaraq mənəvi haqqı yoxdur. Geri dön |