Ana Sayfa > Sosial / Manşet > Manatın “ölməsindən” ən çox tələbələr əziyyət çəkir
Manatın “ölməsindən” ən çox tələbələr əziyyət çəkir12-01-2016, 09:54. Yazar: admin |
Ötən ilin fevralında milli valyutamız manatın 34%, dekabr ayında isə 48% devalvasiyaya uğramasının hansı fəsadlarla nəticələnməsi hamıya məlumdur. Yaranmış vəziyyətdən birinci halda kasıblar,sonra orta təbəqə bir sözlə varlı olmayan hər kəs zərər gördü. Ən çox zərbə alan təbəqə isə ələlxüsus tələbələr oldu. Faktinfo.az saytının əməkdaşlarının son günlər apardığı müşahidələr, araşdırmalar belə düşünməyə əsas verir. Məlumdur ki, tələbələrin ən çox istifadə etdiyi qida dönər,qida məhsulları kartof, soğan, çay və s.dir. Müşahidələr göstərir ki, vaxtilə 1.20 AZN satılan dönər hazırda 1.70 AZN, mərkəzi yerlərdə isə 2.20 AZN satılır. Bu qiymətə olan dönəri isə hazırda tələbələrin demək olar 50%-i ala bilmir. Vaxtilə 0.85 AZN satılan 100 qramlıq “Beta” çayı indi 1.80-1.90 AZN olub. Kartofla soğanın qiyməti də kəllə-çarxa qalxıb. Bu vəziyyət ən yoxsul təbəqələrdən sayılan tələbə ordusunun qəzəbinə, hiddətinə səbəb olur. Söhbət etdiyimiz tələbələr bildirir ki, təbii yerli məhsulların qiyməti də qalxmalıdır, amma bu qədər də yox. Bu artım 20%-dən o yana keçməməlidir. Çünki, yerli istehsalın tərkibində xaricdən gətirilən komponentlər təqribən 15% təşkil edir. Bu səbəbdən yerli məhsulların qiymətində artım 15-20%-i keçməməli idi. İqtisadiyyat və Sənaye Nazirliyi isə yerli məhsulların qiymətlərindəki artıma dair normal monitorinqlər aparmır. Görünən odur ki, marketlərdə qiymətlərə ciddi şəkildə nəzarət etməli olan İqtisadiyyat və Sənaye Nazirliyi seyrçi mövqe tutduğundan yaranmış vəziyyətdən əksər möhtəkir və monopolislər yararlanır, qazanclı çıxır. Əhali arasında fikir var ki, sahibkarlığa mane olan MTN-nin rəhbəri cəzalandırıldı. Əgər ikinci halda ölkədə monopoliyanın başında duran şəxslər cəzalandırılmasa, süni qiymət artımı arzuolunmaz vəziyyətə çatacaq. Hazırkı şəraitdə son dərəcə ağır durumda olan tələbə ordusu,kasıb zümrə nə etmək lazım olduğu barədə baş sındırır. Biz isə onu deyə bilərik ki,bunun qarşısı alınmazsa yaranmış situasiya heç də yaxşı sonluq vəd etmir. Geri dön |