Ana Sayfa > Sosial / Manşet > Ramiz Zeynalovun işçilərindən prezidentə daha bir şikayət -VİDEO
Ramiz Zeynalovun işçilərindən prezidentə daha bir şikayət -VİDEO8-01-2016, 10:33. Yazar: admin |
“Baş Dövlət Yol Polisi İdarəsinin Göytəpə postunun əməkdaşları Mayəddin Hüseynov və İsaq Xankişiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənə zor tətbiq edib və Lənkəran şəhər polis bölməsinə aparmaqla hədələyiblər” Bu sözləri Astara rayonu Pensər kənd sakini Ramin Əliyev BTV-yə müsahibəsində deyib. Ramin Əliyev bildirir ki, 2015-ci il sentyabrın 3-də avtomobili ilə Lənkəran şəhəri Velədi kəndi ərazisində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə DYP əməkdaşları Mayəddin Hüseynov və İsaq Xankişiyev tərəfindən saxlanılıb. Şikayətçi bildirir ki, qayda pozuntusu etdiyinə görə cəriməni ödəməyə hazır olduğunu söyləsə də yol polis əməkdaşları tamam fərqli addım atıblar. Probleminin həll ediləcəyinə ümid edən şikayətçi ölkə başçısına müraciət edib. Sonda Ramin Əliyev haqq-ədalətin bərpa olunacağına inandığını söyləyib. Geri dön |