Ana Sayfa > Sosial / Manşet > Sumqayıt Memarlıq və Şəhərsalma idarəsinin işçiləri qanunları saya saymırlar -FOTO
Sumqayıt Memarlıq və Şəhərsalma idarəsinin işçiləri qanunları saya saymırlar -FOTO6-01-2016, 10:01. Yazar: admin |
Vertikal.az-a Sumqayıtdan şikayət daxil olub: “Hörmətli redaksiya , xatırladım ki, 2015 - ci il, 26 dekabrda Sumqayıt şəhər İH -nin Memarlıq və Şəhərsalma idarəsinin işçiləri tərəfindən mənə, Sumqayıt şəhəri 13-cu mikrorayon, Uzeyir Hacıbəyli küçəsi, 62a unvanında yerləşən, özəl ticarət (aptek)obyektimin hec bir qanuni sənəd təqdim etmədən , səbəbi izah edilmədən “sökəcəyik” ultimatumu verilmişdir.Mən isə məmurların özbaşınalığının qarşısını almaq üçün prezidentim cənab İlham Əliyevə 3 dəfə ardıcıl teleqram vurdum.Hələ də cavab almamışam.Həmçinin Baş prokuror Zakir Qaralova əmlakımın dağıdılmasının qarşısını almaq üçün müraciət etmişəm.Lakin ,hələ də cavab gözləyirəm.Qeyd edim ki, birinci dəfə Sumqayıt şəhər memarlıq və şəhərsalma idarəsində işləyən Kənan adlı şəxs ,mənə yaxınlaşaraq obyektin sənədini istədi,mən də sənədləri təqdim etdim.Sonrakı ğunlərdə özlərini dövlət məmuru kimi təqdim edən muxtəlif şəxslər yaxınlaşaraq obyektin qısa muddətdə boşaldılmasını, ticarət fəaliyyətimin dayandırmasını tələb etdilər.Mən onlardan bunun səbəbini soruşduqda “yuxarıdan göstəriş var sökülməlidir” dedilər.Mən onlara etiraz edərək “axı məhkəmə qərarı olmadan, sökülmənin səbəbi heç izah olunmadan obyekt necə sökülə bilər?” sualını unvanladıqda isə yenə eyni cavabı verdilər ki,şifahi göstəriş var,bəs sökülməlidir .Mənə “Polislə gələcəyik, obyektini ucuracağıq, deyə hədə-qorxu gəlinir”. Əgər mənim obyektimin sökülməsinə dövlət ehtiyacı səbəbindən zərurət yaranıbsa,bu dövlətimizin qanunlarına uygun şəkildə edilməlidir. Lakin mənə söküntü barədə heç bir rəsmi sənəd təqdim edilmir. Halbuki mənim obyektimin bütün sənədləri tam qaydasındadır.Belə ki, obyektin tikilməsi ucun o vaxtkı bələdiyyə sədri olan Zakir Fərəcov (hal-hazırda Sumqayıt şəhər icra başçısı)tərəfindən 16 dekabr 2004-ci ildə torpaq ayrılmış və 28 aprel 2005-ci ildə sabiq icra başcısı Vaqif Əliyevin 139 N-li sərəncamı ilə tikintiyə icazə verilmişdir.Obyekt 02.09.2010-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsində adıma dövlət qeydiyyatına alınmışdır.Bununla belə mən qanunauyğun olan butun tədbirləri qəbul etməyə hazıram. Təbii ki,qanunazidd tələbləri yox. Yanvar ayının 5-də ,günorta saat 12:00 -da isə bir dəstə məmur,o cümlədən həmin Kamil adlı şəxs və şəhər Memarlıq və Şəhərsalma İdarəsinin həmin polislə , ağır texnika ilə başımın üstünü kəsdilər.Əvvəlcə obyektin işığını və suyunu kəsdilər. Sonra isə mən memarlıq idarəsinin işçisi Kənana yaxınlaşıb nə baş verdiyini soruşdum.O isə " qanunsuz quraşdırmaları sökəcəyik , apteklə işimiz yoxdu " dedi.Bir az keçdikdən sonra ekskavator aptekə hücum etdi və aptekin qarşısındakı tamburu və gözətçi otağını dağıtdı.Sonra isə bir neçə nəfər aptekin qarşısını kəsib apteki boşaltmağımı tələb etdilər.Mən isə apteki bağlayıb içəridə oturdum, bildirdim ki, onlar qanunsuz əməlinə son qoymayınca obyektimdən çıxmayacağam. Hazırda aptekin işığı və suyu olmadığına görə sahibkarlıq fəaliyyətimi tam dayandırmışam. Qanunları saya saymayan bu cür məmurların ucbatından bir sahibkar kimi nəinki mən ziyan çəkirəm ,eləcə də işsizlik problemi olan bir zamanda çoxuşaqlı ailə başçısı olan işçim də işsiz qalıb. Mən bir daha bu məmur özbaşınalığına son qoymaq üçün prezident İlham Əliyevə , əmlakımın dağıdılmasının qarşısını almaq, əmlak hüququmun dövlət tərəfindən qorunması üçün üçün baş prokuror Zakir Qaralova , Daxili İşlər Naziri Ramil Usubova müraciət edirəm.Məruz qaldığım məmur özbaşınalığına baxmayaraq ümid edirəm ki, hüquq mühafizə orqanları sonda qanunun aliliyini təmin edəcək. Onun da xatırladım ki, prezident açıq şəkildə məmurlara tapşırıq verIb, dəfələrlə vurğulayıb ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”,- prezident qeyd edib. Hörmətlə, İlham Əbdilov” Geri dön |