Ana Sayfa > Sosial / Manşet > Ağsuda dayı-bacoğlu mafiyasının üçüncü şəriki: Mikayıl İsmayılov – VİDEO

Ağsuda dayı-bacoğlu mafiyasının üçüncü şəriki: Mikayıl İsmayılov – VİDEO


5-01-2016, 09:07. Yazar: admin
Ağsuda dayı-bacoğlu mafiyasının üçüncü şəriki: Mikayıl İsmayılov – VİDEO
Ağsu rayonundan cumhuriyyət. az-ın elektron poçtuna maraqlı məktub daxil olub. Şikayət məktubunda vətəndaşlar Ağsu rayonunda cərəyan edən məmur qudurğanlığından söhbət açırlar. Məlumdur ki, Ağsu rayonuna əhalinin sosial müdafiəsi və inkişafı naziri Səlim Müslümovun dayısı Ənvər Seyidəliyev başçılıq edir. Yəni Ənvər Seyidəliyev rayonun icra başçısı vəzifəsində çalışır. Rayondan cumhuriyyet.az-a daxil olan məktubda əhalinin Ənvər Seyidəliyevin idarəetməsindən cana doyduğu bildirilir: “Rayonda pula gedəsi nə varsa icra başçısı və nazir bacıoğlusu ilə birlikdə ya satıblar, ya da ki, özəlləşdiriblər. Ənvər Seyidəliyevə Ağsuda Ağsu xanı, Ağsu fironu və sair adlar da yaraşdırıblar. İnsanlar bildirir ki, Ağsuda məmurların öhdəliyi yerli əhaliyə xidmət etmək deyil. Yetər ki, fironun dediyini edəsən. Yetər ki, aylıq firon Ənvər Seyidəliyevin haqqını ödəyərək ona sadiq olasan. Ağsuda heç bir məmur etdiyi əməllərinə görə sorumlu deyil. İstənilən məmur istənilən qanunsuzluğa imza atır, soruşduqda Ənvər müəllim belə buyurub deyərək işinə davam edir. Rayonda hüquq mühafizə orqanları xirtdəyinə kimi rüşvətə bulaşıblar. Həm də onların hünəri nədir ki, fironun dediklərinə qarşı çıxsınlar. Rayon üçün ayrılmış dövlət vəsaitləri Ənvər Seyidəliyev və bacısı oğlu nazir Səlim Müslümovun şəxsi biznesinin inkişafı üçün sərf edilir”.
Ancaq Ağsuda baş verənlər bu iki dayı-bacıoğlu mafiyası ilə məhdudlaşmır. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumatlarda rayonun hakimi-mütləq şəxsləri arasında dövlət neft şirkətinin vitse prezidenti Mikayıl İsmayılovun da adı çəkilir: “Mikayıl İsmayılov Ağsulu olsa da Ağsululara nifrət edir. Çünki əsassız yerə varlanmaq, milyonlarla oğurluq pullara sahiblənmək ondakı vətənə bağlılıq, doğma elə, obaya, yurda sevgi kimi müqəddəs hisslərin üstündən xətt çəkib. Bu adam üçün həyatda ən müqəddəs varlıq puldur. Mikayıl İsmayılov Azərbaycan dövlətinin büdcəsinin formalaşmasında həlledici rol oynayan dövlət neft şirkətinin vitse prezidentidir. Qoy bu məsələni dövlət başçısı və dövlətin təhlükəsizliyinə cavabdeh olan şəxslər dərhal nəzarətə götürüb yoxlasınlar. Bu adamı yoxlamaq gərəkir ki, bu qədər milyonlar onda haradandır. Dövlət başçısı gecə-gündüz ölkədəki ağır durumdan danışaraq məmurları israfçılıqdan çəkinməyə çağırır. Ancaq Mikayıl İsmayılov neftin pullarını oğurlayaraq Ağsunun Hacıqədirli və Sarvan kəndlərinin ərazisində əhalinin ümumi istifadəsində olan örüş və pay torpaqlarını zor gücünə əllərindən alaraq, orada böyük mal ferması tikdirir. Hələ bu azmış kimi həmin fermaya gedən yolun asfaltlaşması üçün əhalinin əkin torpaqlarının üst qatını zədələyərək oraya torpaq daşıtdırır. Bu məsələdə əhalini eşidib tədbir görən yoxdur. Çünki Ağsu rayonu bir qrup mafiozun əlində əsir-yesir qalıb. Səsini çıxaranları tutarıq, asarıq, şərləyərik, nə bilim sən təxribat yaradırsan deyərək susdurmağa çalışırlar. Bəs bu nə dərəcədə ədalətlidir? İlin-günün bu vaxtında insanların çörək əkdiyi torpaqları yararsız hala salmaq nə deməkdir? Prezident İlham Əliyev dərhal bu məsələ ilə bağlı ölçü götürməlidir. Ya etiraf etməlidir ki, məmurlar onu eşitmir, ya da ki, siyasi iradə ortalığa qoyaraq Mikayıl İsmayılov, Ənvər Seyidəliyev kimilərini yerində oturtmalıdır. Bu məsələ ilə bağlı Hacıqədirli və Sarvan kəndlərinin sakinlərinin video müraciətini yazıya əlavə etməklə dəyərli oxucularımızın mühakiməsinə təqdim edirik. Nəzərinizə çatdırırıq ki, adı çəkilən kəndlər bir inzibati ərazidə yerləşir. Burada Ənvər Seyidəliyevin təyin etdirdiyi bələdiyyə sədri Gülsüm Əhmədova baş verənlərdə birbaşa cabadeh olsa da mənim xəbərim yoxdur deyərək əhaliyə yalan satmaqla məşğuldur. Əslində baş verənlər bələdiyyə sədrinin əli ilə həyata keçirilir”.


Geri dön