Ana Sayfa > Sosial / Manşet > Qazaxın biznesmen qovşaq rəisi

Qazaxın biznesmen qovşaq rəisi


21-12-2015, 10:38. Yazar: admin
Qazaxın biznesmen qovşaq rəisi
Bir müddət bundan əvvəl bizimdovr.az-a daxil olmuş məlumatlarda Qazax Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədovun öz işində yol verdiyi ciddi qanun pozuntularına dair açıqlamalar təqdilm olunmuşdu. Həmin məlumatlar əsasında qəzetimizin 11.12.2015-ci tarixli sayında dərc etdiyimiz “Vidadi Zeynalovun daha bir kadrından narazılıq var” sərlövhəli məqalədə biz göstərmişdik ki, mənbələr Nizaməddin Məmmədovun başının şəxsi biznesinin idarə olunmasına qarışdığını və bu səbəbdən də qovşağın işində bir çox ciddi problemlərin yarandığını bildirirlər. Eyni zamanda da biz qeyd etmişdik ki, Rabitə və Yüksək Texnoıogiyalar Nazirliyinin (RYTN) tabeliyində olan bəzi struktur bölmə rəhbərlərinin səriştəsizliyi, yol verilən özbaşınalıqlar və korrupsiya halları, eləcə də bu zəmində yaranan daxili çəkişmələr bu sahədə təcili həllini gözləyən ciddi problemlərin olması faktını da diqqət mərkəzinə çəkir. Aldığımız məlumatlarda da Qazax Telekommunikasiya Qovşağının fəaliyyəti məhz bu baxımdan son dərəcə qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Bu xüsusda bizimdovr.az-a daxil olan açıqlamalarda Qazax rayon Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədovun nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalova yaxınlığı ilə seçilən kadrlardan olduğu vurğulanır. Həmçinin mənbə bildirir ki, Nizaməddin Məmmədov öz oğlunu da Vidadi Zeynalovun son hadisələrədək MTN-də çalışan qardaşının vasitəsilə bu nazirliyin Sumqayıt şəhər şöbəsinə işə düzəltmişdir. Digər tərəfdən isə, artıq 20 ildən artıq Qazax rayon Telekommunikasiya Qovşağına rəhbərlik edən Nizaməddin Məmmədovun yarıtmaz fəaliyyəti bundan əvvəl də dəfələrlə rayon sakinlərinin narazılığına səbəb olmuşdur. Həmçinin Qazax rayonunun rabitə sistemində movcud olan problemlər, eləcə də qovşağın rəisi Nizaməddin Məmmədovun yol verdiyi ciddi qanun pozuntuları son vaxtlar ölkə mətbuatının da tez-tez gündəmə gətirdiyi mövzulardandır. Belə ki, bu xüsusda yayımlanan məlumatlarda Nizaməddin Məmmədovun abonentlərinin ümumi sayı 14 min nəfərə yaxın olan Qazax Telekommunikasiya Qovşağında davamlı olaraq iri maliyyə mənimsəmələrinə yol verdiyi vurğulanır. Həyata keçirilən xüsusilə irimiqyaslı maxinasiyalardan biri kimi, hələ bir neçə il bundan əvvəl qovşağın dövlətə məxsus olan binasının iki mərtəbəsinin Nizaməddin Məmmədov tərəfindən qeyri-qanuni özəlləşdirilməsi və sonradan satılması faktı qeyd olunmuşdu. Ümumiyyətlə isə, bir çox mənbələrin iddiasına görə, tutduğu vəzifənin ona verdiyi səlahiyyətlərdən sui-istifadə etməklə, Nizaməddin Məmmədov bir çox maxinasiyalara yol vermiş və nəticədə Qazax TKQ-na rəhbərlik etdiyi illər ərzində rayonun ən zəngin məmurlarından birinə çevrilə bilmişdir. Eyni zamanda da, aldığımız məlumatlarda rayonda rabitə xidmətlərinin aşağı səviyyədə olmasının, vətəndaşların bu sahəyə olan tələbatının ödənilməməsinin əsas səbəblərindən biri kimi Nizaməddin Məmmədovun öz şəxsi biznesinə daha çox vaxt ayırması göstərilir. Bildirilir ki, bu gün qovşaq rəisinin Tovuz rayonunun Ceyrançöl yatağında şəxsi ferması, Gəncə şəhərində “Ramin” şadlıq sarayı və bir çox digər kommersiya obyektləri fəaliyyət göstərməkdədir. Təbii ki, başı şəxsi biznesinin idarə olunmasına qarışmış məmurdan bilavasitə öz vəzifə borclarının səmərəli icrasını gözləmək qətiyyən məntiqə uyğun deyil. Digər tərəfdən də, Nizaməddin Məmmədov qovşaqda çalışan bacarıqlı və işgüzar kadrları da bu müəssisədən “didərgin” salmaqla qurumun işinə əlavə problemlər yaradır...

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Geri dön