Ana Sayfa > Sosial / Manşet > Sabiq MTN-çilər şirkət rəhbərini ölkədən necə didərgin saldılar?

Sabiq MTN-çilər şirkət rəhbərini ölkədən necə didərgin saldılar?


9-12-2015, 09:55. Yazar: admin
Sabiq MTN-çilər şirkət rəhbərini ölkədən necə didərgin saldılar?
Eldar Mahmudovun işdən çıxarılmasından sonra MTN-də qərarlaşmış cinayətkar dəstənin əksər əməllərinin üzəri açılmağa başlayıb. Bir aydan artıq müddətdə üzə çıxan məlumatların bir çoxları dəhşətlidir.

JAM.AZ bu dəhşətli olaylardan daha birinin üzərini açıb. Belə ki, sabiq MTN işçiləri «Ağ Ləpələr», «Yeni Həyat» və «Aytel» Şirkətlər Qrupunun rəhbəri Vüqar Ağayevi və onun köməkçisi Vüqar Məhərrəmovu şantaj edərək, təhdid yolu ilə pullarını alıblar. Amma «kəşfiyyatçı»lar bununla kifayətlənməyib, onları ölkədən də didərgin salıblar.

JAM.AZ-ın araşdırmalarına görə, MTN-də Vüqar Məhərrəmov və Ağayevin işlərini Alı adlı müstəntiq aparıb. Onları MTN-ə çağıran Alı adlı müstəntiq, bir xeyli təhdid və şantaj vasitələrindən istifadə etdikdən sonra onların pullarını almağa nail olub. Ardından isə «kəşfiyyatçı»lar gördüyü işləri ört-basdır etmək üçün onları ölkədən didərgin salıblar.

Məlum olub ki, sabiq MTN-çilərin öz qurbanlarını ölkədən qaçırmaq üzrə mütəxəssisləri də varmış. Araşdırmalar zamanı dəqiqləşib ki, həmin şəxslər «qurban»ların arasına girib, onlarda vahimə və qorxu hissi yaradırlar. Hətta qorxulu təbliğat aparmaları o həddə olur ki, qarşı tərəf nə edəcəyini bilməyərək, qaçmaq məcburiyyətində qalmalı olur.

İşin ən maraqlı tərəfi isə odur ki, Vüqar Ağayev və Vüqar Məhərrəmovu ölkədən qaçıran şəxslərdən biri İlqar İdris oğlu Hacıyev, digəri isə onun həyat yoldaşı Aynur Hacıyeva olub. Onların sərhəddən rahatlıqla keçmələrini isə Bəşir adlı sərhədçi təmin edib. JAM.AZ bildirir ki, məlumatların təhlilindən aydın olar odur ki, MTN bu işlər üzrə xüsusi dəstəyə sahib olub.

Araşdırmalar zamanı o da bəlli olub ki, şirkətlər qrupunun rəhbərinin köməkçisi Vüqar Məhərrəmov ölkədən gizli şəkildə qaçırıldığından onun ailəsi əvvəlcə bundan xəbər tuta bilməyib. Elə bu səbəbdən də Məhərrəmovun anası 21-ci Polis Bölməsinə müraciət edərək, oğlunun MTN-də öldürüldüyü barədə məlumat verib. Bölmə əməkdaşları dərhal məsələni araşdırmaya götürüb və axtarışlara başlayıb. Qoca qadının oğlu ilə bağlı niyə məhz MTN-in adını çəkməsi isə təsadüfi olmayıb. Çünki Vüqar Məhərrəmov sonuncu dəfə evdən çıxarkən MTN-ə çağırıldığını bildirib. Və oradan çıxdıqdan sonra ondan heç bir xəbər olmayıb.

Qeyd edək ki, vəziyyəti belə görən MTN-çilər durumu düzəltmək üçün İlqar Hacıyevi təcili taparaq, onun ifadəsini alaraq polisə göndəriblər. Orada İlqar Hacıyev bildirib ki, Vüqar Ağayev və Vüqar Məhərrəmovu ölkədən qaçırıb, hazırda həmin şəxslər sağdır.

JAM.AZ-ın araşdırmaları zamanı o da üzə çıxıb ki, MTN-in Hacı adlı əməkdaşı Vüqar Məhərrəmovun evini belə əlindən alıb. Belə ki, Hacı adlı şəxs ölkədən qaçırılan Məhərrəmovun evini öz adına etibarnamə vasitəsi ilə keçirib.

İndi isə daha bir maraqlı məqama diqqət yetirək. JAM.AZ xəbər verir ki, MTN-in ölkədən adam çıxarmaq üzrə adamı olan İlqar Hacıyev hələ 2010-cu ildə törətdiyi ağır cinayətə görə, həbs olunub. Belə ki, o, Qobu qəsəbəsi sakini, iş adamı olaraq tanınan Tövhə Məmmədovun sifarişi əsasında onu şantaj edən Elxan Ağayevi qətlə yetirib. Bunun müqabilində isə 25 min manat pul alıb. İ.Hacıyevə həmin vaxt Cinayət Məcəlləsinin 29, 120.2.1 və 228.1-ci maddələri ilə cinayət işi açılıb.

Geri dön